«Köhnə avtobusların marşrutlardan çıxarılması prosesi davam edir. Biz bunu tədricən həyata keçirmək istəyirik. Hökumət eyni zamanda özəl sektorunda maraqlarını da nəzərə alır».
Fevralın 23-də Nəqliyyat naziri Ziya Məmmədov belə deyib:
«Amma sahibkarlara xəbərdarlıq edirik ki, yeni avtobusların alınması işini sürətləndirsinlər».
Nazir deyib ki, hökumət bu məsələdə insan faktorunu əsas götürür. Yəni sərnişindaşımada xidmətin səviyyəsi yaxşılaşdırılmalıdır.
Ziya Məmmədov sahibkarlara təklif edilən yeni avtobusların bazar qiymətindən baha olması ilə bağlı deyilənləri təkzib edib.
Nazir Sumqayıtdan Bakıya gələn avtobusların yeni avtovağzala köçürülməsi ilə bağlı Motodromda genişlənmə işlərinin aparıldığını da bildirib. O, deyib ki, ərazidə iki piyada körpüsünün tikintisi 10 günə yekunlaşacaq.