Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:49

«SMS-lə səs verin»


«Hələ heç bir seçkidə bu qədər pozuntu olmamışdı»
«Hələ heç bir seçkidə bu qədər pozuntu olmamışdı»
«Evinizdə oturun, vaxtınıza qənaət edin, sms-lə səs verin». Rusiyanın hakim partiyası «Vahid Rusiya» martın 1-də keçirilmiş regional seçkilərdə bu yeni seçki texnologiyasının qurbanı olub.

Hakim partiya adından kimsə bir milyon seçki vərəqəsi yayıb, üstündə də «sms-lə səs verin» şüarı olub.

«Vahid Rusiya»nın bir çox tərəfdarı buna inanıb və seçkiyə getməyib.

Rusiyada sms-lə səsvermə yoxdur. Mərkəzi Seçki Komissiyası (MSK) bu seçkilərdə eksperiment kimi sms-lə yalnız sorğu aparıb, o da cəmi bir regionda.

Ancaq bütün bunlara baxmayaraq, hakim partiya yenə də seçkiləri udub.

Kommunistlərin lideri Gennadi Züqanov deyib ki, «Vahid Rusiya» seçkiləri MSK-nın hesabına udub.

MSK-nın sədri Vladimir Çurova kommunistlər kollektiv etimadsızlıq göstərəcəklər.

G.Züqanovun fikrincə, hələ heç bir seçkidə bu qədər pozuntu olmamışdı.
XS
SM
MD
LG