Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Köhnə Bakını əks etdirən tablolar Tbilisidə


Martın 19-21-də Gürcüstanın paytaxtı Tbilisidə xalq rəssamı Arif Hüseynov və onun oğlu Orxan Hüseynovun fərdi sərgisi açılacaq.

Bu barədə «Azadlıq» radiosuna Arif Hüseynov məlumat verib. Onun sözlərinə görə, sərgini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycanın Gürcüstandakı səfirliyi təşkil edib.

Sərgidə nümayiş olunacaq əsərlərdə Azərbaycanın milli adət-ənənəsi, köhnə Bakı, xüsusən də Novruz adətləri tərənnüm olunub. Arif Hüseynov deyir ki, bu tablolar ilk dəfə Bakıda açılan «Şərqdən Şərqə» adlı rəsm sərgisində nümayiş olunub:

«Ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev bizim əsərləri çox bəyəndi. Təklif etdi ki, bu tabloları Tbilisidə sərgiləyək. «Qulaq falı», «Od üstündən tullanma» kimi tablolar onun diqqətini xüsusi olaraq çəkdi. Dedi ki, Novruz bayramı ərəfəsində Tbilisidə bu əsərləri sərgiləmək yerinə düşər».
XS
SM
MD
LG