Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:50

«Eurovision»da səslənəcək mahnı haqda nə düşünürsünüz?


Bu ilin mayında «Eurovision-2009» mahnı yarışmasında Azərbaycanı «Always» mahnısı təmsil edəcək
Bu ilin mayında «Eurovision-2009» mahnı yarışmasında Azərbaycanı «Always» mahnısı təmsil edəcək
Artıq «Eurovision»da Azərbaycanı təmsil edəcək mahnı tam açıqlanıb. Tanınmış şəxslərə müraciət edib mahnı ilə bağlı onların fikirlərini öyrəndik.

«YUĞ» teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu:
«Eşitməmişəm».

Opera müğənnisi Azər Zeynalov:
«Başım qarışıqdır, dinləməmişəm.

Vəkil Adil İsmayılov:
Hesab edirəm ki, «Eurovision»a «toylar kralı»nı göndərmək lazımdır».

Bəstəkar Ruhəngiz Qasımova:
«Bir fraqmentini eşitmişdim. Amma mahnının özü ilə, o «möhtəşəm» bəstəkarın yaradıcılığı ilə tanış deyiləm. Mən yıxılmışdım, hazırda müalicə alıram. İndi «Eurovision» mənim gözümdə yoxdur.

AXCP sədri Əli Kərimli:
«Mahnını eşitməmişəm. Amma istərdim ki, müsabiqənin özünə ciddi hazırlıq olsun, mahnının seçimi üçün yarışma keçirilsin, normal münsiflər heyəti olsun. Mahnı həm avropalı dinləyici üçün çatımlı olmalıdır, həm də orda Azərbaycanla bağlı hansısa ştrix yer almalıdır».

«Ayna» qəzetinin baş redaktoru Elçin Şıxlı:
«Eşitməmişəm. İstərdim ki, Azərbaycanı təmsil edən mahnı yaxşı olsun».

Televiziya mütəxəssisi Nərgiz Cəlilova:
«Digər ölkələrə baxanda bizdə bir o qədər də çox təbliğ olunmur. Mən tamaşaçı kimi öz sözümü deyə bilərəm. Peşəkarlar daha yaxşı deyə bilərlər ki, «Eurorivision»a gedən mahnı necə olmalıdır. Bu müsabiqə sanki yeni tendensiyaların təzahürüdür».

Bu ilin mayında Moskvada keçiriləcək «Eurovision-2009» mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi «Always» («Hər zaman») mahnısının son variantı hazırdır. Mahnının bəstəkarı əslən İran Azərbaycanından olan Araşdır.
XS
SM
MD
LG