Hindli sənaye maqnatı Vijay Mallya, Nyu-York auksionlarının birində Hindistanın müstəqillik memarı hesab olunan Mahatma Qandinin şəxsi əşyalarını 1.8 milyon dollara alıb. Alınan əşyalara yumru haşiyəli eynək, dəri səndəl, cib saatı və onun sonuncu dəfə yemək yediyi kasa daxildir.
Sənaye maqnatının sözçüsü deyir ki, Qandinin əşyaları ictimai sərgi üçün Hindistana qaytarılacaq.
Əşyaların satılmasına etiraz edən Hindistan hökuməti isə bunu müstəqillik memarına qarşı hörmətsizlik hesab edir. Onlar iddia edirlər ki, Qandi maddi zənginliyin əleyhinə olub.
Bütün bu əşyalar kaliforniyalı bir nəfər tərəfindən toplanıb.
Hindistan Milli Konqres partiyasının lideri Mahatma Qandi 1948-ci ildə qətlə yetirilib.