Binə ticarət mərkəzinin sökülməsinə etiraz edən sahibkarların aksiyası zamanı polisin saxladığı 8 nəfərin 2-i 15 günlük həbs olunub, qalanları isə müxtəlif məbləğlərdə cərimə edilərək sərbəst buraxılıb.
Bunu «Azadlıq» radiosuna sərbəst buraxılan sahibkarlardan biri, Hüseyn adlı şəxs deyib.
Amma Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyilənləri təkzib edir. Onun sözlərinə görə, saxlananların hamısı elə ötən gün izahat alındıqdan sonra sərbəst buraxılıblar. E. Zahidov həmin şəxslərin cərimə olunması xəbərini də təkzib edir.
Martın 5-də Binə ticarət mərkəzində çalışan bir qrup sahibkar ticarət köşklərinin köçürüləcəyilə bağlı xəbərdarlığa etiraz olaraq yaxınlıqdakı avtomobil yolunu bağlamağa cəhd göstərib. Polis 8 aksiyaçını saxlayıb.
Sahibkarlara mağazalarını martın 9-na qədər tərk etməyə dair xəbərdarlıq edilib.
Binə ticarət mərkəzindən aldığımız məlumata görə, artıq bəzi sahibkarlar mağazalarını boşaltmağa başlayıblar.
Söküləcəyi deyilən ticarət mərkəzində 3 mindən artıq ticarət obyektinin olduğu bildirilir. Sahibkarların çoxu onlara 3-4 ay möhlət verilməsini tələb edir. Amma hələlik ticarət mərkəzinin rəhbərliyi bu tələbə münasibət bildirməyib.