Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:53

«Neftçi»nin baş məşqçisi istefaya göndərilib


Gede cari mövsümdə «Neftçi»dən kənarlaşdırılan ikinci baş məşqçidir
Gede cari mövsümdə «Neftçi»dən kənarlaşdırılan ikinci baş məşqçidir
Almaniyalı Hans-Yurgen Gede «Neftçi»nin baş məşqçisi postundan uzaqlaşdırılıb. Buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir.

Belə ki, komandanın uğursuzluq zolağından çıxa bilmədiyini görən klub prezidenti Əkbər Hacıyev bu addımı atmağı zəruri sayıb.

Bu barədə apasport.az saytına məlumat klubun mətbuat xidmətindən verilib.

Martın 8-də Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək «Simurq» - «Neftçi» matçına komandanı baş məşqçi qismində Böyükağa Ağayev çıxaracaq.

Ötən ilin sentyabrında baş məşqçi təyin olunan və cari mövsümdə «Neftçi»dən kənarlaşdırılan ikinci baş məşqçi olan almaniyalı komandanı 12 çempionat və 3 kubok qarşılaşmasına çıxarıb. Flaqman bu oyunlarda 5 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə məğlub olub. Gedenin yetirmələri 17 top vurub, 14-ünü buraxıb.
XS
SM
MD
LG