«Azərbaycan cəmiyyətinin əxlaqında deqradasiya gedir. Biz əxlaq deyəndə, normalar sistemini başa düşürük. əxlaq təkcə namusdan ibarət deyil. Əxlaqi hərəkətlər etməklə, əxlaqsız olmaq olar və ya əksinə. Əxlaqsız deyəndə, öz bədənini satan qadını başa düşürük. Əslində, elə deyil. İnsani qaydaları pozanlar əxlaqsızdırlar. Korrupsioner, rüşvət alan müəllim, yalan danışan əxlaqsızdır».
Filosof Ağalar Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib. Onun sözlərinə görə, əxlaqsızlıq cəmiyyətin istənilən təbəqəsində özünə yer tutub:
«Fikir verin, polislər etiraz aksiyalarını dağıdanda, iştirakçılarla necə davranırlar? Onların sifətlərində həzz hissi olur. Döyəndə ləzzət alırlar. Həmin an onlar hətta öz həyat yoldaşlarını da döyə bilərlər. Bu, axı əxlaqsızlıqdır».
A.Məmmədov deyir ki, əxlaq insanın azad seçimi nəticəsində olmalıdır:
«Mənim əxlaqım, əgər mənim seçimim deyilsə, bu, mənim əxlaqım deyil. Mən azad olduğum qədər əxlaqlıyam. Və bu, mənim seçimimdən asılıdır. Kimsə məni dəyərləndirməməlidir. Kimsə məni anonim əxlaqi normalar tərəfindən mühakimə etmək haqqına malik deyil».
Filosof hesab edir ki, vicdanda autosenzura olmamalıdır:
«Vicdan azadlığı nə deməkdir? Mən özüm vicdanım qarşısında məsuliyyət daşıyıram. Amma vicdanda autosenzura olmamalıdır. Biz vicdanımızı təzədən tərbiyə etməliyik. Vicdanımızda müəyyən problemlər var. Azadlığımdan yaranmayan əxlaq mənim əxlaqım deyil. Cəmiyyət hələ çox düşünməlidir bu haqda».