Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:24

Corc Buşa ayaqqabı atan jurnalist 3 il həbs edildi


Buşa ayaqqabı atılan mətbuat konfransı. Bağdad, 14 dekabr 2008
Buşa ayaqqabı atılan mətbuat konfransı. Bağdad, 14 dekabr 2008
Amerikanın keçmiş prezidenti Corc Buşa ayaqqabı atan iraqlı jurnalistə 3 il həbs cəzası verilib. Məhkəmə prosesi martın 12-də keçirilib.

Jurnalist Müntəzər əl-Zaidi xarici ölkə rəhbərinə hücum etməkdə ittiham olunurdu.

Əl-Zaidi C.Buşa ayaqqabılarını mətbuat konfransı zamanı atıb.

Ona qarşı məhkəmə prosesi fevral ayından açılsa da, indiyə kimi hökumətin C. Buşun səfərinin rəsmi olduğunu təsdiqləməsi üçün təxirə salınmışdı.

Televiziya jurnalisti olan Əl-Zaidinin vəkilləri məhkəmədən onu azadlığa buraxılmasını tələb edirdi. Vəkillər bildirirdilər ki, jurnalistin hərəkəti qeyri-iradi olub və Buşa xəsarət yetirmək məqsədi daşımayıb.

Jurnalistin atdığı ayyaqqabı Buşa dəyməmişdi.

"Corc Buşa qarşı ayaqqabı hüçumü"videosuna burda baxa bilərsiniz
XS
SM
MD
LG