Amerika prezidenti Barak Obama İrana qarşı qoyulan sanksiyaları daha bir illiyinə uzadıb. Obama deyib ki, İran hökumətinin siyasəti ABŞ-a «son dərəcə təhlükə olmaqda» davam edir.
Sanksiyalar Amerika biznesmenlərinə İranın neft sənayesində iştirakında, ticarət əlaqəsinə qadağa qoyur. İrana qarşı sanksiyalar ilk dəfə 1995-ci ildə Bill Klintonun administrasiyası tərəfindən qoyulub. Amerika ehtimal edir ki, İran terrorçuları dəstəkləyir və kütləvi qırğın silahları hazırlayır.
Bununla belə Amerika son vaxtlar Tehranla birbaşa danışıqlara hazır olduğunu deyib. Ancaq yenə də İranı nüvə araşdırmalarını dayandırmağa çağırıb.
Amerikanın sanksiyalarından başqa, İrana nüvə fəaliyyətinə görə BMT də sanksiya qoyub.
İrana qarşı ilk sanksiya 1979-cu ildən tətbiq olunub. O vaxtdan bu sanksiyalar mütəmadi olaraq uzadılır və genişləndirilir.