Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:02

Naxçıvanda seçki ilə bağlı çəkişmələr hələ də davam edir


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Naxçıvan Şəhər Məhkəməsində hakim Mahmud Cəfərovun sədrliyi ilə Ədalət partiyasının Naxçıvan Muxtar Respublikasındakı təmsilçisi İsa Mirzəyeva qarşı qaldırılan iddia ərizəsinə baxılıb.



Partiya fəalına qarşı iddianı 5 saylı Şahbuz seçki dairəsinin sədri Əfrasiyab Xəlilov və beş komissiya üzvü qaldırıb.



İsa Mirzəyevin bildirdiyinə görə, ona qarşı iddia seçkilər zamanı baş vermiş qanun pozuntuları haqda kütləvi informasiya vasitələrinə məlumat verildiyi üçün qaldırılıb. Seçki dairəsinin sədri, eləcə də bir neçə komissiya üzvü buna görə şərəf və ləyaqətlərinin təhqir olunmuş hesab edirlər və ondan 5 milyon manat istəyirlər.



Partiya təmsilçisi çıxarılan qərarla razılaşmadığını və qərardan növbəti məhkəmə instansiyalarına şikayət edəcəyini bildirir.
XS
SM
MD
LG