Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Rusiyadan Azərbaycana təbii qazın verilməsinin nə vaxt bərpa olunacağı məlum deyil.
Rusiyanın “Qazprom” şirkətindən aldığımız məlumata görə, onlar qazın nəqlində yaranmış problemlər barədə Azərbaycanın müvafiq qurumları ilə əlaqə saxlayırlar. “Azəriqaz” səhmdar cəmiyyəti isə hələlik bu barədə açıqlama vermir.
Bir neçə gün əvvəl yayılmış məlumatlara görə, təbii qazın nəqli yanvarın 7-də bərpa olunmalıydı.
Azərbaycanın baş naziri Artur Rasizadə yanvarın 6-da bildirib ki, qazın nə vaxt bərpa olunacağı məlum deyil. Qazın hansı qiymətə alınması barədə Artur Rasizadə deyib ki, min kubmetr qazın 60 dollara alınması barədə saziş var. Alınan qazın həcminə gəlincə, bu, 5.5 milyard kubmetr olacaq.
Artur Rasizadənin sözlərinə görə, Azərbaycanın özünü təmin etməyə qaz ehtiyatı yoxdur. Rusiya qazın verilməsini bərpa edəndən və “Şahdəniz” yatağından qaz istehsalı başlayandan sonra respublikada qaz problemi həll oluna bilər.