Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bakıdakı binaların zirzəmilərində suyun olub-olmaması yoxlanılacaq. Bu haqda Bakının icra başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb.
Paytaxtın bütün binalarının yoxlanılması nəzərdə tutulub. Zirzəmilərdə su aşkar olunduğu hallarda mənzil-istismar sahələrinin hesabına qurudulacaq. Sərəncama əsasən, dövlətə məxsus binalarda dövlət vəsaiti hesabına bütün kanalizasiya və su xətlərinin yenidən qurulması planlaşdırılıb. Bütün işlər üçün 1 ay vaxt ayrılıb.
Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov bu tapşırığın öhdəsindən gəlməyənləri tutduğu vəzifələrdən azad edəcəyini, məsuliyyətsizlik faktları üzrə işləri isə prokurorluğa göndərəcəyini deyib.