Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:19

Stiven Mənn: “Şahdəniz” layihəsinin bahalaşması onun reallaşmasına mane olmayacaq


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb ATƏT-in Minsk qrupunun amerikalı həmsərdi və Amerika prezidentinin Xəzər məsələləri üzrə müşaviri Stiven Mənn Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra “Azadlıq” radiosunun suallarına cavab verib.



Cənab Mənn deyib ki, “Şahdəniz” layihəsinin 25 faiz bahalaşması onun reallaşmasını sual altına almayacaq.



““Şahdəniz” layihəsinin reallaşması davam edir və baş tutacaq. Mən “Şahdəniz”də əsaslı dəyişikliklərin baş verəcəyini gözləmirəm. Bu, Gürcüstan, Türkiyə üçün gözəl, fövqəladə layihədir”.



Stiven Mənn Azərbaycan-Gürcüstan sərhəddində saxlanan yüklərlə bağlı vəziyyətə toxunaraq deyib ki, bu məsələ iki ölkə prezidentlərinin danışıqları sayəsində həll olunmalıdır.



O, Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatına da münasibət bildirdi. İlham Əliyev son müsahibələrinin birində Rusiya Dövlət Dumasının spikeri Boris Qrızlovun Ermənistanı Rusiyanın “cənub fortpostu” adlandırmasını əsas gətirərək demişdi ki, rəsmi Bakı bilmir, “fortpost”un özü, yoxsa onun sahibi ilə danışıqlar aparsın.



Stiven Mənn isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu ilə danışıqlar aparmağı tövsiyə etdi.
XS
SM
MD
LG