Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:06

Teledebatlarda bir dəyişikliyə heç bir dəqiqə də vaxt ayrılmır


Əli Əliyev və Vüsalə Hüseynova
Əli Əliyev və Vüsalə Hüseynova
«Teledebatlar referenduma təsir baxımından heç bir önəm daşımır».

Bunu «Panoma»nın budəfəki buraxılışında «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əliyev dedi. O bildirdi ki, İctimai Televiziyada (İTV) keçirilən teledebatlarda hər bir təşviqat qrupuna cəmi 10 dəqiqə vaxt ayrılır. Ümumilikdə isə, onlara ayrılan efir müddəti üst-üstə 40 dəqiqə təşkil edir.

Ə.Əliyev yada saldı ki, referendumla konstitusiyanın 29 maddəsinə düz 41 əlavə və dəyişiklik nəzərdə tutulur. Bu isə o deməkdir ki, debatlarda bir məsələnin müzakirəsinə ay boyu bir dəqiqə vaxt düşmür:

«Belə olan halda bu teledebatların əhalinin rəyinə ciddi bir təsirindən danışmaq mümkün deyil…».

«Davamlı inkişaf» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüsalə Hüseynova isə dedi ki, müzakirələr tək teledebatlarla bitmir:

«Radio debatlar var, seçicilərlə görüşlər var. Rayonlara gedib seçicilərlə görüşmək, onlara öz sözünü çatdırmaq olar. Heç kimin qarşısını alan yoxdur. 9 təşviqat qrupunun hər birinə şərait yaradılıb…».

Ə.Əliyev isə bildirdi ki, onlar Bakıda üç dəfə kütləvi aksiya keçirmək istəsələr də, şəhər rəhbərliyi buna imkan verməyib. Üstəlik, rayonlarda seçicilərlə görüşlərinə də min-bir maneə yaradılır…

«Davamlı inkişaf» təşviqat qrupunun üzvü V.Hüseynova dedi ki, müxalifət hakimiyyəti ittiham etməkdənsə, öz əməllərinə diqqət yetirsə, daha yaxşı olar:

«Demokratik təcrübədən tez-tez danışırlar. Türkiyədə partiyasını iqtidara gətirə bilməyən lider istefaya gedərək, yerini öz partiyasından olan perspektivli simalara verir. Artıq neçə seçkidir ki, müxalifət uduzur. Heç belə addım atırlarmı?...».

Ə.Əliyev isə dedi ki, Azərbaycanda indiyə qədər demokratik seçki olmadığından, kimin həqiqi qalib, kimin həqiqi məğlub olduğunu demək mümkün deyil:

«Hakimiyyət bir demokratik seçki keçirsin. Biz o seçkilərdə həqiqətən uduzsaq, şəxsən mən istefa verməyə hazıram. Burax, seçkiləri, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etsinlər, mən istefa verməyə də, Azərbaycandan çıxıb getməyə də hazıram. Həll edən deyillər axı…».

Buna da bax:

XS
SM
MD
LG