Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:24

Ali Məhkəmə bir qrup müxalifətçinin işə bərpa iddiasını qəbul etməyib


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub 2003-cü il prezident seçkilərindən sonra həbs olunan və sonradan şərti cəzayla azadlığa çıxan 30 nəfər şəxs əvvəlki iş yerinə bərpa olunmayıb.



Onlardan 7 nəfəri işə bərpa iddiasıyla əvvəlcə yerli məhkəmələrə, sonda isə Ali Məhkəməyə müraciət edib. Ancaq iddiaları qəbul olunmayıb. Bu haqda «Azadlıq» radiosuna 16 Oktyabr Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Səftər Nemətli məlumat verib.



7 müxalifət liderinin kassasiya şikayətinə isə Ali Məhkəmədə gələn ay baxılacaq. İş hakim Nəriman Hüseynovdadır.



Vəkil Mübariz Qarayev deyir ki, müdafiə tərəfi Ali Məhkəmənin əvvəlki məhkəmə qərarlarını dəyişəcəyini gözləmir.



Ötən ilin oktyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 7 müxalifət lideri haqqında 2 il yarımdan 5 ilədək azadlıqdan məhrumetmə cəzaçı çıxarmışdı, Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdı.
XS
SM
MD
LG