Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:07

- Dünya azərbaycanlıları 20 yanvar hadisələrinin 15-ci ildönümünü qeyd etdilər<br>- Mart ayından Amerikada azərbaycan dilində müstəqil televiziya fəaliyyətə başlayacaq<br> - Azərbaycanlılar Qazaxstanda


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq.

Qlobusun bugünkü buraxılışında:

- Dünya azərbaycanlıları 20 yanvar hadisələrinin 15-ci ildönümünü qeyd etdilər,

- Mart ayından Amerikada azərbaycan dilində müstəqil televiziya fəaliyyətə başlayacaq,

- Və Azərbaycanlılar Qazaxstanda.



Qanlı 20 yanvar hadisələrinin 15-ci ildönümü ilə bağlı azərbaycanlıların yaşadıqları əksər ölkələrdə anım mərasimləri keçirildi.



Mən xaricdəki Azərbaycan cəmiyyətlərinin bəzilərinin rəhbərləri ilə əlaqə saxlayıb əsasən bir məsələyə aydınlıq gətirməyə çalışdım – xarici ölkələrdə digər xalqların nümayəndələri 20 yanvar hadisələri ilə bağlı nə dərəcədə məlumatlıdırlar.

Cavabları gəlin bir yerdə qulaq asaq.

İsveçrədəki Azərbaycan Türkləri Kültür Dərnəyi Bern şəhərinin mərkəzi meydanında 20 yanvarla bağlı tədbir keçirib.



Birləşmiş Ştatlardakı Azərbaycan-Amerika Cəmiyyəti də 20 yanvar şəhidlərinin xatirəsini yad elədi.



Rusiya paytaxtında Azərbaycan səfirliyində Moskvada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin iştirakı ilə 20 yanvar hadisələrinin 15-ci ildönümü ilə bağlı toplantı keçirildi.



Bu, Moskvadan Nəsib Nəbioğludur. 20 yanvar hadisələri ilə bağlı bir sıra ölkə mətbuatında məlumatlar dərc edilib. Bunlardan biri Dubay qəzetlərində çıxıb.



20 yanvar hadisələrinin 15-ci ildönümünün xarici ölkələrdə qeyd edilməsi barədə süjetə qulaq asdınız.





Olobusun növbəti süjeti Amerikadandır. Martın 1-dən Birləşmiş Ştatlarda azərbaycan dilində "Günaz" adlı televiziya kanalı fəaliyyətə başlayacaq. Bu kanala Avropa və Orta Şərq ölkələrində baxmaq mümkün olacaq. Kanalın yaradıcılarından biri - Çikaqoda yaşayan Dünya Azərbaycanlıları Konqresinin Beynəlxalq əlaqələr üzrə məsulu Əhməd Obalı bu kanalın yaradılmasının məqsədləri və bunun fəaliyyəti barədə mənə danışdı.



Və Qlobusun axırıncı süjeti Qazaxstanda yaşayan azərbaycanlılar barədədir.

Qonağım Azərbaycan – Qazaxstan Turan Konqresinin sədri Əbülfəz Hamedovdur. Cəmiyyət Qazaxstanda 1991-ci ildə yaranıb. Əbülfəz bəyin özü Qazaxstanda anadan olub. Onun valideynləri 1937-ci ildə Azərbaycanın İmişli rayonundan Qazaxstana sürgün edilmişdilər.

Əbülfəz bəyin sözlərinə görə, hazırda Qazaxstanın 13 vilayətində 120 minə yaxın azərbaycanlı yaşayır.



Bu günə bu qədər. Siz Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG