Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır Türkmənistan “Sərdar” adlandırdığı “Kəpəz” yatağının ona məxsus olması barədə Azərbaycanla son mübahisədən sonra daha sərt addımlar atmağa hazırlaşır.
Türkmənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda Xəzərin statusu ilə bağlı danışıqlar prosesinə bəzi ölkələrin mane olduğu və Türkmənistanın suveren hüquqlarına toxunulduğu deyilir. Belə vəziyyətdə Xarici İşlər Nazirliyi danışıqlar nəticə verməzsə, beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mətin Mirzə “Azəripress” agentliyinə danışıqların davam etdiyini və prosesin beynəlxalq qurumlarda həllinə ehtiyac olmadığını deyib.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə isə, “Kəpəz” yatağında 5 istismar quyusu qazan “Şelf-3” gəmisi fəaliyyətini dayandırıb və hazırda yataqda heç bir iş görülmür.
Türkmənistanın danışıqlar prosesində qarşılaşdığı problemlər yalnız Azərbaycanla bağlı deyil. Rəsmi Aşğabad İranın Xəzərin 20 faizinə iddia etməsini də düzgün saymır.