Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:30

Qobustan həbsxanasında intihar baş verib


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş polis çavuşu Rəşad Novruzov yanvarın 29-u səhər saat 5 radələrində saxlanıldığı kamerada intihar edib. Onun meyiti səhər saat 5-30-da aşkar edilib. Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktor müavini Zəlihə Tahirova belə deyir.



Zəlihə xanım hadisənin hansı səbəbdən baş verməsi barədə əlavə məlumatın olmadığını bildirir.



Mərkəzin direktoru Eldar Zeynalov isə deyir ki, «Qobustan həbsxanasında ömürlük həbsə məhkum edilənlər və ruhi xəstələr çoxdur. Buna görə də orada vəziyyət olduqca pisdir. Həbsxanada psixoloqlar yoxdur, həkimlər çatışmır. Baş verən hadisə sifarişli qətl də ola bilər. Ancaq hələlik dəqiq məlumat yoxdur».



Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun fikrincə isə, Qobustan həbsxanasında bu cür hallar yüksəkrütbəli məsul şəxslərin günahı ucbatından baş verir. Onun sözlərinə görə, ədliyyə nazirinin müavini Aydın Qasımovun işdən kənarlaşdırılması da oradakı mövcud vəziyyətlə bağlıdır.



Yanvarın 28-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov vəsifəsindən azad edilib.
XS
SM
MD
LG