Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Müxalifətin təzyiqləriylə üzləşən prezident hakimiyyəti orduya verdi


Madaqaskar Prezidenti Mark Ravalomanana hakimiyyəti hərbçilərə təhvil verib. Röytersin agentliyinin xəbərinə görə, Prezidentin sözçüsü deyib ki, "müxalifətlə bir aylıq qarşıdurmadan sonra Ravalomanana bu qərarın ölkə üçün daha vacib olduğu qənaətinə gəlib".

Mark Ravalomanana 7 il idi ki, Madaqaskara rəhbərlik eləyirdi.

Madaqaskar müxalifətinin rəsmiləri bildiriblər ki, müxalifətin lideri Andri Rajoelina yeni seçkiyədək keçid hökumətinə rəhbərlik eləyəcək. Son olaraq paytaxt Antaninarivunun meri vəzifəsini tutan 34 yaşlı müxalifət lideri Rayoelina cavanlığında məşhir DJ (disko-jokey) olub.

Ancaq ölkə rezidenti rəsmi qərarla hakimiyyəti ölkənin ən nüfuzlu generalı olan Hippolit Ramasona təhvil verib. Bu üzdən generalın hakimiyyəti müxalifətlə bölüşüb-bölüşməyəcyi sual doğurur.

Afrika Birliyi rəsmiləri isə Madaqaskarda hakimiyyətin hərbçilərə təhvil verilməsini qanunsuz və konstitusiyaya zidd adlandırıblar.
XS
SM
MD
LG