Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:58

Son bir ildə Azərbaycan futbolunda nə dəyişib?


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər AFFA rəhbərliyi yığma komandanın baş məşqçisi Karlos Alberto Torreslə əməkdaşlığı uğurlu sayır. Ona görə də braziliyalı mütəxəssislə müqaviləni daha bir müddət uzatmaq niyyətindədir. AFFA Mətbuat Xidmətinin rəhbəri Məzahir Süleymanzadənin sözlərinə görə bu ya sabah, ya da birisi gün rəsmi qaydada öz həllini tapacaq. Məzihir Süleymanzadə deyir ki, bu bir ildə Torresin Azərbaycan futbolu üçün xidmətləri danılmazdır. Sadəcə Torresin seçim imkanının az olması ciddi nəticələr əldə etməyə imkan vermir.

Braziliyalı mütəxəssis Moldova yığmasıyla oyundan sonra keçirdiyi mətbuat konfransında komandasının son 7 oyunda bir dəfə belə qol vura bilməməsinin səbəblərinə toxunub. O deyib ki, futbolçular qapı qarşısında özlərini itirirlər, elə bil əsəbi olurlar. «Çərçivə»yə dəqiq zərbə vurmaq, qol vəziyyətini reallaşdırmaqla bağlı problemlər var. Ancaq Azərbaycan futbolunun keçmiş simalarından olan Maşallah Əhəmdov isə bunu çox təbii sayır. Maşallah Əhəmdovun sözlərinə görə, Azərbaycan futbolunun qaymağları yığmadan uzaqlaşdırıldığından 7 yox, 17 oyun da oynaslar qələbə qazana bilməyəcəklər.

Maşallah Əhəmdov deyir ki, əslində bütün bunlara görə məsuliyyəti AFFA rəhbərliyi daşıyır. Bu quruma nə qədər ki, mütəxəssislər rəhbərlik etmir, Azərbaycan futbolunda tənəzül davam edəcək.

Ancaq onun bu fikirlərini AFFA rəhbərliyi qəbul etmir. Məzahir Süleymanzadə deyir ki, hazırda AFFA İcraiyyə Komətəsində İsgəndər Cavadov, Kazbek Tuayev kimi mütəxəssislər çalışır .Odur ki, AFFA rəhbərliyini mütəxəssis rəylərini nəzərə almaması haqda deyilənlər həqiqətdən uzaqdır. Baş məşqiçisi Karlos Alberto Torres də yığmaya bəzi tanıniış oyunçuların çağrılmamasıyla bağlı məsələyə aydınlıq gətirib. Torresin sözlərinə görə, yığmanın Mahmud Qurbanov, Samir Əliyev kimi keçmiş aparıcı oyunçuları onu mətbuat səhəfələrində tənqid ediblər. Onlar nə qədər ki, üzr istəməyiblər, yığmaya çağrılmayacaqlar. Mahmud Qurbanov isə deyir ki, üzr istəmək niyyəti yoxdur. Çünki hər hansı qəbahətə yol verməyib.

Mahmud Qurbanov sözlərinə görə, Azərbaycan futboluyla bağlı baş verən proseslərin aydınlaşmasına ehtiyac var. Əgər bu olarsa var qüvvəsiylə yığmada oynamağa hazırdır.
XS
SM
MD
LG