Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:09

İlkin nəticələrə görə Konstitusiyaya dəyişikliklər qəbul olunur


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov

Martın 19-na keçən gecə MSK sədri referendumun ilkin nəticələrini açıqlayıb. M.Pənahovun dediyinə görə ilkin məlumatlardan sonra bütün dəyişikliklərin qəbul olunacağı şübhə doğurmur.

İlkin məlumatlara əsasən Konstitusiyanın 29 maddəsinə olan dəyişiklik təklifləri hər maddə üzrə təqribən 88 faiz səs çoxluğu qazanıb. Bir nəfərin 2 dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran Konstitusiya maddəsinin dəyişdirilməsinə isə səsləri sayıanıarın 92 faizi müsbət cavab verib. Bu nəticələrin seçki məntəqələrinin ümumi sayının yarıdan çoxundan daxil olan məlumatlara əsaslandığını bildirən M.Pənahov əlavə edib ki, yekun nəticələrin də buna yaxın olacağına şübhə etmir.
XS
SM
MD
LG