Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:01

“Human Rights Watch” Alqayıt Məhərrəmovun ölümünü araşdırmağa çağırır


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı 2003-cü ilin oktyabr hadisələrinə görə həbs olunmuş Alqayıt Məhərrəmovun ölümüylə bağlı bəyanat yayıb.



Bəyanatda bildirilir ki, Azərbaycan hökuməti 20 yaşlı Alqayıt Məhərrəmovun ölümü ilə bağlı təhqiqat aparmalıdır. Məhbusun ölümünün səbəbi ciddi araşdırılmalı, nəticələri açıqlanmalıdır.



Müsavat partiyası başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, müxalifət hazırkı dövrdə “oktyabr məhbusları”nın taleyindən narahatdır.



Yerli hüquq müdafiəçiləri istintaq dövründə Alqayıt Məhərrəmova işgəncələr verildiyini bildirirlər. Onun ölümündə bunun da təsirinin ola biləcəyini ehtimal edirlər.



Qohumları da bildiriblər ki, istintaqda Alqayıt Məhərrəmovu döyüblər. Məhkəmə cəza kəsəndə, hakim işgəncələr haqqında onun dediklərini nəzərə almayıb.



Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, bu hadisəni nəzarətdə saxlayırlar.



Alqayıt Məhərrəmovun ölümüylə bağlı ekspertiza rəyi açıqlanmayıb, ancaq onun ürək tutmasından vəfat etdiyi bildirilir.



Alqayıt Məhərrəmov fevralın 17-də vəfat edib. O, 3 il cəza almışdı və cəzasının yarısını çəkmişdi.



Oktyabr hadisələri ili bağlı 100-dən çox adam həbs olunub, onların 85-i şərti azadlıqdan məhrum edilib.



Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən “oktyabr məhbusları”nın azadlığa buraxılmasını bir neçə dəfə tələb ediblər. Bu tələb ATƏT-in 16 oktyabr hadisələri ilə bağlı məhkəmə prosesinin monitorinqinə dair hesabatında da səslənib.



Avropa Birliyi, Avropa Şurası və ABŞ səfirliyi həmin hesabatı dəstəkləyən bəyanatla çıxış edib.
XS
SM
MD
LG