Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 03:49

M. Bryus: “Siyasi məhbuslar azad edilməsə, AŞ Azərbaycanla münasibətlərə yenidən baxacaq”


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə mərüzəçisi Malkolm Bryus rəsmi Bakı qarşısında siyasi məhbusların azadlığa buraxılması məsələsini qəti qoymaq əzmindədir. O, bunu martın 14-15-də Azərbaycana səfəri zamanı etməyə hazırlaşır.



“Bilirsiniz ki, müxalifət liderləri üzərində şübhəli məhkəmə keçirilib, onlara agır cəzalar kəsilib. Biz Azərbaycan hökümətinə açıq bildirəcəyik: əgər onlar Avropa Şurasının üzvü kimi üzərinə götürdükləri öhdəliklərdə ciddidirlərsə, o zaman siyasi məhbuslarla bağlı məsələyə son qoymalıdırlar. Vəziyyət artıq kritik həddə çatıb”.



Avropalı parlamentarın sözlərinə görə, son 12 ayda siyasi məhbusların bəziləri azad edilmişdir. Bir zaman Şurada belə bir təəssurat yaranmışdır ki, Azərbaycan hakimiyyəti Avropa Şurasının çağırışlarına müsbət cavab verir. Lakin indi bu proses dayanıb və artıq əks istiqamətdə inkişaf etməkdədir.



“Biz ümüd edirik ki, Azərbaycan hakimiyyəti vəziyyəti düzgün qiymətləndirəcək və düzgün nəticə çıxaracaq. Çünki o, bunu etməsə, bu, Azərbaycanın Avropa Şurasıyla münasibətlərini böhranlı bir həddə gətirib çıxaracaq”.
XS
SM
MD
LG