Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Şəmkirdə alman texnologiyasıyla elektrik xətləri çəkilir


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Azərbaycanda ilk dəfə Şəmkirdə alman texnologiyasıyla elektrik xətləri çəkilir.



Yeni xətlər hələlik Şəmkirin Səməd Vurğun küçəsində çəkilib və başqa məhəllələrdə davam edir.



“BAYVA Qərb” elektrik şəbəkəsinin baş meneceri Fəxrəddin Aydayev deyir ki, rayon mərkəzindəki məhəllələrdə özbaşına əlavə xətlər çəkilməsi nəticəsində transformator sıradan çıxır. Və belələri Şəmkirdə onlarladır.



Yeni çəkilən kabelə isə qarmaq atmaqla işıq oğurlamaq qeyri—mümkündür.



Diqqəti çəkən digər cəhət isə sayğac qutularının elektrik dirəklərinə bağlanmasıdır.



Baş menecer deyir ki, bir kənddə abonentlər sayğaçı bir neçə dəfə sıradan çıxardıqdan sonra “BAYVA” sayğaç qutularını əlçatmaz yerə bərkidib. Bundan sonra sayğaça müdaxilələr olmayıb. Ona görə də, “BAYVA” sayğacını Şəmkirdə də sığortalamaq üçün elektrik dirəyinə qaldırıb.



Şəmkirlilərin əksəriyyəti isə işığın uzun fasilələrlə verilməsindən narazıdırlar və evlərinə əlavə xətt çəkmək məcburiyyətinin də bundan yarandığını deyirlər.



Sayğac quraşdırılan evlərin sakinləri isə işığın verilməsində hələlik məhdudiyyət olmadığını bildirirlər.



Şəmkirdəki evlərdə sayğaç quraşdırılması üçün “BAYVA” bu il bölgəyə 6 milyard manat investisiya qoymağı planlaşdırır.
XS
SM
MD
LG