Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:57

«Azadlıq» qəzetinin rəhbərləri zorakılığa məruz qaldıqlarını deyirlər


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov və bu qəzetin texniki direktoru Azər Əhmədov deyirlər ki, fevralın 25-dən 26-a keçən gecə üç nəfər onları zorla avtomobilə oturdaraq «Üç palma» restoranına apararaq döyüblər.



Bundan sonra isə polis əməkdaşlarının iştirakı ilə həmin üç nəfər Azər Əhmədovla Qənimət Zahidovun çılpaq qadınlarla şəklini çəkiblər.



Qənimət Zahidovun dediyinə görə, daha sonra onlar Xətai Rayon Polis İdarəsinə aparılıblar. Orada onlara hədə-qorxu gələrək müstəntiqin hazırladığı sənədə imza atmalarını istəyiblər.



«Həmin üç nəfərdən polis əməkdaşlarının çəkindiyini görüb sənədə qol çəkməli olduq».



Qənimət Zahidov imzaladığı sənəddə nə yazıldığından xəbərsiz olduğunu deyir. Bütün gecəni polis idarəsində saxlandıqdan sonra fevralın 26-da səhər saat 9.30-da azadlığa buraxıldığını bildirir.



Qənimət Zahidov baş verənləri siyasi motivlər və özünün yazıları ilə bağlayır.



O deyir ki, onu və həmkarını döyən şəxslər Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının rəhbəri Əli Kərimli, həmçinin «Azadlıq»da getmiş yazılara görə baş redaktor kimi onun ünvanına təhqiramiz ifadələr söyləyiblər.



Qənimət Zahidov döyülməsi barədə həkimdən tibbi arayış aldığını da bildirdi. Hüquq-mühafizə orqanlarına o, bazar ertəsi, fevralın 28-də müraciət edəcək.



Xətai Rayon Polis İdarəsindən Məmmədov soyadlı növbətçi isə Qənimət Zahidov və Azər Əhmədova qarşı zor tətbiq olunmadığını, sadəcə, Xocalı faciəsinin ildönümündə yol verdikləri "əxlaqsızlığa" görə polis tərəfindən saxlandıqlarını bildirdi.



Amma faktla bağlı nə Bakı Şəhər Baş Polis İdarəsi, nə də Daxili İşlər Nazirliyinin mətbuat xidmətində məlumat var.



Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ümidvardır ki, hüquq-mühafizə orqanları bu işi araşdıracaqlar. Əflatun Amaşov Şuranın bu məsələnin araşdırılmasına və həqiqətin üzə çıxmasına çalışacağını deyir.
XS
SM
MD
LG