Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

“Barmek” martın 1-dən elektrik enerjisinə görə borclara əlavə faiz hesablayacaq


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır “Barmek” şirkətinin abunəçilərə təqdim edəcəyi müqavilədə 8 şərt var. Onlardan 7-si abunəçilərin öhdəçilikəri ilə bağlıdır. Şərtlərin yalnız birinə əsasən, abunəçilərin məhkəməyə müraciət etmək hüququ var. Yəni “Barmek” xəbərdarlıq etmədən enerjini kəssə də, abunəçilər hüquqlarını dərhal təmin edə bilməyəcək və məhkəmənin araşdırmasını gözləməli olacaqlar. Martın 1-dən “Barmek-Azərbaycan” şirkəti ödənilməyən elektrik enerjisindən əlavə faiz – dəbbə də alacaq. Çünki fevralın 2-də Nazirlər Kabimnetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında elektrik enerjisindən istifadə qaydaları”na əsasən gələn ayın əvvəlindən əhali ilə xüsusi müqavilələr imzalanacaq. Amma “Barmek” şirkəti müqavilələri 3 ay müddətində yəni iyunun 1-dək bağlamağı nəzərdə tutsa da, əhalinin borclarına görə əlavə ödəməli olduqları peniya – 0.01 faiz məbləğində dəbbə martın 1-dən hesablanacaq. Şirkətin mətbuat xidmətinin təmsilçisi Nəsimi Paşayev abunəçilərin müqaviləyə əsasən enerji istifadəsi miqdarı haqda öhdəçilik götürəcəyini deyir. Əlavə enerji istifadə edən abunəçilər isə cərimələnəcək.

Bağlanacaq müqavilənin şərtlərinə görə, 20 gün işıq pulu ödəməyən abunəçinin enerjisi 3 gün əvvəl xəbərdarlıq ediləndən sonra kəsiləcək. Ümumiyyətlə, Nazirlər Kabinetinin də təsdiq etdiyi, müqavilənin 8 şərtindən yalnız biri istehlakçıların hüquqlarına aiddir. Və sənədə görə, yeganə hüquq məhkəməyə müraciət etməkdən ibarətdir.

Amma adi Bakı sakinləri onsuz da elektrik enerjisinə görə borclarını ödəyə bilmədiklərini deyirlər. Bəzi abunəçilər isə müqavilə imzalamadan, əlavə fazilərin – dəbbənin hesablanmasını düzgün saymırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yeni müqavilənin şərtlərinin yerli və beynəlxalq qanunlara zidd olduğunu deyir.
XS
SM
MD
LG