Novruzda bayramlaşmaq adətdir. Bayramda da gərək döydüyün qapıya əlidolu gedəsən. 2009-cu ilin Novruzu ən çox bazarlarda qiymətlərin kəskin bahalaşmaması ilə yadda qalacaq. Ancaq qiymətlər insanların gəlirləri ilə müqayisədə xeyli yüksəkdir. Bunu ekspertlər deyir. Elə bu səbəbdən insanların bayram süfrələrində ixtisarlar davam etməkdədir.
Bəs Milli Məclis üzvlərinin seçkilərdə xeyli vəd verdikləri seçicilərinin bayram ovqatından xəbəri varmı?
Bərdədən parlamentə üzv seçilmiş Zahid Oruc deyir ki, seçicilərinin həm varlısının, həm də kasıbının güzəranına bələddir. Deputatın sözlərinə görə, çətinliklərə baxmayaraq inkişaf göz qabağındadır:
- Bərdədə yerləşdirilən 100 mindən artıq məcburi köçkünün bir hissəsi vaqonlardan və çadır şəhərciklərindən yeni qəsəbələrə köçürülüb. Ancaq bununla belə, problem sonadək çözülməyib. Bərdədə məktəblərin müəyyən hissəsini məcburi köçkünlər məcburən tutub.
«Müsavat» deputat qrupunun üzvü Pənah Hüseyn isə millətin başını aşağı salıb kasıbçılığı ilə məşğul olduğunu bildirir:
- Ən ağır zamanlarda da Azərbaycanda hər ailə Novruz bayramını öz imkanlarına uyğun keçirməyə çalışıb. Ancaq hər yerdə olduğu kimi işsizlik, maaşların, pensiyaların azlığı, bahalıq insanların bayram ovqatını heç də xoş eləmir. Hər yerdə olduğu kimi bizdə də eyni durumdur.
Xanım millət vəkillərini çox soraqlasaq da, yalnız balakənlilərin deputatı Rəbiyyət Aslanova ilə əlaqə saxlaya bildik. Xanım deputat seçiciləri üçün bayram plovu süzməyə söz verməsə də, sabah onların bir neçəsinə dövlət adından avtomobil bağışlayacaq:
- Sabah Balakəndə yaşayan bir qrup əlilə, II Dünya Müharibəsi veteranına Sosial Müdafiə Nazirliyi «Oka» markalı minik avtomobilləri verəcək. Mən də bu mərasimə qatılacam. Bayram gününü öz seçicilərimlə keçirəcəm.
Qarabağ bölgəsindən daha bir deputat - «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görəsə, bu bölgədə əməlli-başlı bayram ovqatı var:
- Ötən il Ağdamda məcburi köçkünlər üçün 3860 ailəlik 12 qəsəbə salınıb. Bu qəsəbələrdə hər cür şərait var. 12 sot torpaq sahəsi, işıq, qaz, artezian quyuları qazılıb. Torpaq üçün darıxmış insanlar, ələbaxımlıqdan bezmiş adamlar hamısı torpaqdan yapışıb. Növbəli əkin əkirlər, əsasən tərəvəz becərirlər. Bakıdakı iş adamları ilə artıq əlaqələr yaradılıb. Orada becərilən məhsullar paytaxta gətirilir.
Deputat Nizami Cəfərov isə deyir ki, Azərbaycan seçicisi bu gün deputatdan qanundan çox qaz istəyir – təbii qaz. Bu yerdə deputata seçicisinə vəd verməkdən başqa bir şey qalmır:
- Bir sıra kəndlərə qaz çəkilib. Ancaq qaz çəkilməyən kəndlərin sakinləri çox tələsirlər ki, onlara nə zaman təbii qaz çatacaq. Gələn ilin ortalarına qədər Ağstafanın bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Ancaq mənim seçildiyim bölgənin ən böyük problemi içməli su ilə bağlıdır. Orada artezian suyu o qədər də keyfiyyətli deyil. Bu problem çözümünü gözləyir. İndi belədir ki, ac insan yoxdur. Ancaq təbii ki, insanlar sabahkı günlərinin dünənkindən daha yaxşı olmasını həmişə istəyirlər.
Söhbət etdiyimiz deputatlar onu da dedilər ki, ən böyük arzuları problemsiz insanların təmsilçiləri olmaqdır.