Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

“Monitor”un redaktoru Elmar Hüseynov qətlə yetirilib


Səs: Real audio
Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər. “Monitor” jurnalının redaktoru Elmar Hüseynov yaşadığı mənzilin qarşısında qətlə yetirilib.

Hadisə martın 2-i Bakı vaxtı ilə saat 21 radələrində baş verib. Qətlin baş vermə səbəblərinə dair rəsmi versiyalar hələ açıqlanmır.



Mərhumun həyat yoldaşı Rövşanə Hüseynova hadisəni belə təsvir edir.



“Blokda, evdə işıq və telefon söndürülmüşdü. Biz atəş səsi eşitmədik. Alçaqdan iki səs gəldi, sanki, blokda iki nəfər mübahisə edirdi. Sən demə, ona səsboğucu ilə atəş açırmışlar. Atası qapını açanda o, evə yıxıldı və heç bir söz deyə bilmədi”.



Həyat yoldaşının dediyinə görə, Elmar Hüseynovun mobil telefonu da xəttədən ayrılıbmış. O bildirir ki, Elmar Hüseynov ürəyindən, başından və ağzından güllə yaraları alıb.



Hadisə yerinə Beynəlxalq Böhran Qrupu, Bakıdakı diplomatik korpusun nümayəndələri, hüquq müdafiə təşkilatları, siyasi partiyaların təmsilçiləri və Bakı Baş Polis İdarəsinin rəisi gəlmişdi.



37 yaşlı Elmar Hüseynov hakimiyyətə qarşı sərt yazıları ilə fərqlənirdi. O, Azərbaycan Politexnik İnstitutunda təhsilini başa vurandan sonra uzun müddət Rusiyada çalışıb, «Trend» informasiya agentliyinin yaradıcılarındandır.



1996 ildən isə “Monitor”un baş redaktoru idi. Jurnalist fəaliyyəti ilə bağlı həbs olunub, bir ilə yaxın cəza çəkib. Məmurları kəskin tənqidinə görə şərəf və ləyaqətin təhqir edilməsi ittihamı ilə dəfələrlə məhkəməyə çəkilib, haqqında iri məbləğdə cərimə qərarları çıxarılmışdı.



Elmar Hüseynovun iki azyaşlı oğlu qalıb.
XS
SM
MD
LG