Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

E. Hüseynovun qətlinin istintaqında yeni heç nə aşkarlanmayıb


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev Bu haqda baş prokurorun müavini Ramiz Rzayev bildirib. İstintaq bu ana qədər ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb.

Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4—5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib.



Blokda işıq həqiqətən olmasa da, bu, sakinlərin işıq puluna qənaət etdikləri üçün baş verib.



Hadisə yerindən 150 m aralıqda tapılan papaq və tapança isə ekspertizaya verilib. Amma heç bir əl izləri aşkar edilməyib.



Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Rino Harniş artıq Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının Bakıda olduğunu və araşdırmada iştirak etdiklərini bildirib.



“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Elmar Hüseynovun 7-si günü qəbirüstü ziyarətin ardınca etiraz aksiyası keçirəcəklərini açıqlayıb. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov belə bir aksiyanın keçirilməsinə ehtiyac olmadığını bildirir. Və birbaşa olmasa da, dolayasıyla aksiyaya icazə verilməyəcəyini deyir.



Arif Əliyev isə Elmar Hüseynovun dəfn mərasimi zamanı planlaşdırılmış etiraz aksiyanın qüvvədə qaldığını bildirdi. Amma onu da əlavə etdi ki, hadisələr çox sürətlə dəyişir və bir çox açıqlanması mümkün olmayan informasiyanı təhlil etdikdən sonra bu haqda qəti qərara gələcəklər.



AXCP “islahatçılar” qanadının sədri Əli Kərimli isə bu cinayətin açılması üçün müxalifət olaraq iqtidara iki həftə vaxt tanıdıqlarını qeyd etdi.
XS
SM
MD
LG