Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Respublika Baş Prokurorluğunun KİV-lə əlaqə üzrə xüsusi təmsilçisi Eldar Məcidov deyir ki, Elmar Hüseynovun qətlinin istintaqının əvvəlkilərdən əsas fərqi ondadır ki, bu cinayətin üstünün açılmasına dövlət xüsusi maraq göstərir. Dövlət səviyyəsində bu işin qısa müddətdə başa çatdırılmasını istəyirlər. Cənab Məcidovun fikrincə, xaricdən kömək məqsədilə edilən təkliflərin tərəddüdsüz qəbul olunması da bununla bağlıdır. O deyir ki, «bu işlə bağlı gələn xarici mütəxəssislərdə bizdə olmayan texniki vəsait var. Çalışıprlır ki, cinayəçti açsınlar. Qətlin açılmasına cəmiyyətdə də maraq çoxdur. Bunu istintaqa gömək məqsədilə edilən zənglər də təstiqləyir. Gün ərzində çox sayda adam zəng edib öz fikirlərini deyir».
Sabiq polis rəisi, Elmi - Praktik Hüquq Mərkəzinin vəkili, polkovnik leytenant Mahmud Hacıyev isə deyir ki, «Elmar Hüseynovun qətlinin istintaqının əvvəlkilərdən heç bir fərqi yoxdur. Maqsudovlar ailəsinin qətli yəqin ki, yadınızdadır. Evə girib hamısını güllələdilər. 4 nəfər öldü. Ziya Bünyadovun qətli (nisbətən açılmış sayılsa da tam açılmadı), Fətulla Hüseynovun qətli, bunların hamısı sifarişli qətllər idi».
Mahmud Hacıyevin fikrincə, ümumiyyətlə Azərbaycanda baş verən hər bir sifarişli qətl hadisəsinin əməliyyat istintaq işi özündən əvvəlkilərdən heç nə ilə fərqlənmir, bu proses əvvəlki qaydada aparılır. Ona görə də belə ağır cinayətlərin heç biri açılmır.
Keçmiş Əməliyyatçı deyir ki, ABŞ Federal Təhqiqat Bürosunun, Türkiyənin, eləcə də xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının Bakıya gəlmələri istintaqa yalnız nəzəri baxımdan kömək eləyə bilər. Ancaq bu cinayətin tam açılmasında nəzəriyyyə yox, polisə daxil olan məlumatlar, polisin özünün bu istiqamətdə praktik olaraq işi aparmağı əsas rol oynayır. Mahmud Hacıyevin fikrincə, burada əsas meyar polisin əhali ilə əlaqəsinin nə dərəcədə qarşılıqlı qurulmasıdır. O əlavə edir ki, təəssüf ki, bu gün əhali Azərbaycanın hüquq mühafizə orqanları ilə əlaqəyə girmək istəmir. Ona görə də baş vermiş qətllərin açılması ehtimalı sıfır səviyyəsindədir.
ADİSAD hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılov isə deyir ki, «istintaqın gedişi ilə tanış olmadan bu barədə konkret söz demək çətindir. Ancaq hər halda özündən əvvəlki istintaqlarla müqaisədə bu istintaq işi fərqlənir. Əvvəlki qətl istintaqlarından fərqli olaraq bu dəfəki prosesə xarici mütəxəssislərin cəlb olunması işin sorakı yox ilkin mərhələsinə təsadüf edir. Bu mənada onların köməyi dəyə bilər. Ən azı yeni üsulların tətbiqi ilə».
Qətlin üstünün açılması istiqamətində hakimiyyətin atdığı addımlarla bağlı mütəxəssislərin fikirləri demək olar ki, üst – üstə düşür. Onlar bu cəhdlərin görüntü yaratmaq naminə edildiyinə inanmırlar. Eldar Məcidov deyir ki, «bütün bunların bir növ görüntü yaratmaq üçün edildiyi ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil. Onun fikrincə, cəmiyyətdə müxtəlif söz-söhbətlər ola bilər, ancaq faktlar başqa şey deyir».
Mahmud Hacıyev də cinayətin açılması istiqamətində edilən cəhdlərin görüntü yaratmaq istiqamətində atılan addım olması fikri ilə razılaşmır. O deyir ki, Elmar Hüseynovun dəfni ilə bağlı görüntü xarakteri daşıyan bəzi məqamlar olsa da istintaqla bağlı məsələlərdə belə düşünmək düzgün olmazdı. Çünki, bu hadisə xaricdə çox böyük reəonans doğurub. FTB əməkdaşları da bura öz təşəbbüsləri ilə gəliblər.
Adil İsmayılov isə hesab edir ki, hakimiyyətin bu istiqamətdə görüntü yaratmaq xatirinə addımlar atmasını iddia eləmək məntiqsizlikdir. Çünki, bu işin üstünün açılması hakimiyyətə qarşı olan müəyyən söz-söhzbətə son qoya bilər.