Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:47

“Nikitin” adına kolxoz səhmdar cəmiyyətə çevrildi


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” İsmayıllı rayonunun İvanovka kəndindəki “Nikitin” adına kolxozda iki gün davam edən etiraz aksiyaları kolxoz sədrinin istefası ilə başa çatıb.



İvanovka kəndinin sakini Malik Solomonovun sözlərinə görə, bu gün keçirilən hesabat—seçki iclasında Nikolay Minnikovun istefaya göndərilməsi və yeni sədr seçilməsiylə bağlı qərar qəbul olunub.



Sədrin istefası tələbi ilə srağagün başlayan etiraz aksiyalarının sorağı bu gün Azərbaycan parlamentində də eşidilib.



Deputat Qüdrət Həsənquliyev parlamentin səhər iclasında kəndə gedərək problemlə tanış olduğunu bildirib. Və məsələnin hökumət səviyyəsində araşdırılmasını istəyib.



İvanovka kəndinin sakinləri kolxoz sədrinin Bakıdakı vəzifəli şəxslərlə danışaraq torpaq islahatı aparmamasından və kolxoz quruluşunu saxlamasından şikayətlənirdilər.



Hesabat—seçki iclasından sonra istəklərinə nail olan İvanovka sakinləri etiraz aksiyasını dayandırıblar. Nikolay Minnikovun yerinə kolxozun baş mühəndisi Aleksey Kozlovtsev seçilib. Və qərara alınıb ki, indiki təsərrüfat quruluşu səhmdar cəmiyyətlə əvəz edilsin, təsərrüfat üzvləri isə onlara çatası torpağın yerinə ümumi gəlirdən faiz əldə etsin.
XS
SM
MD
LG