Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00
Rubrikalar

Yunanıstanın Akropolis şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycanı təmsil edən Vuqar Həşimov 62 rəqibini qabaqlayaraq birinci olub


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Yunanıstanın Akropolis şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycanı təmsil edən Vuqar Həşimov 62 rəqibini qabaqlayaraq birinci olub. Bazar ertəsi gecə sonuncu – 9-cu turda yunanıstanlı Vasilios Kotraniosla heç-heçə edən Vüqar Həşimov 6 xal yarımla liderliyini qoruyub və 1-ci olub.

***

Moskvada keçirilən Fiqurlu Konkisürənlərin Dünya Çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri Andrey Dobroxodov bazaar ertəsi - gecə mübarizəni dayandırıb. Təsnifat mərhələsində 20.99 balla yalnız 17-ci olan Dobroxodov –dan başqa bu yarışda Azərbaycanı 199-cu ildə Gənclər arasında Dünya çempinu olan Darya Timoçenko və Kristin Freyzer-İqor Lukanion cütlüyü təmsil edir. Bu idmançılar hələ ki yarışlara başlamayıb.

***

Çərşənbə axşamı futbol üzrə Azərbaycan kubokunun ¼ finalının cavab görüşləri keçirilib. Bakını təmsil edən İnter həmşəhərliləri olan Neftçini qəbul edib. İlk oyundakı qolsuz heç-heçədən sonra bu pyunda nə əsas, nə də əlavə vaxtda hesab açılmayıb. Oyunun başlanğıcında – 1-ci dəqiqədə Neftminin 1 oyunçusu, sonrada daha bir oyunçusu qırmızı vərəqə alıb və Neftçi oyunun bşyük hissəsini 9 nəfərlə keçirib. Sonucda penalty vuruşlarında dəqiq olan İnter komandası yarımfinala vəsiqə qazanıb.



İlk oyunda səfərdə 1-0 hesabıyla qalib gələn Xəzər-Lənkəran öz meydanında Mərkəzi Ordu İdman Klubunu yenə eyni hesabla yenib. Şz evində birinci opyunda hesabı aça bilməyən GƏnclərbirliyi MKT-Araza səfərdə 1-3 hesabıyla yenilib. Paytaxtın Bakı adlı komandası isə Karatı 1-0 məğlun edib. İlk oyunda da 2-1 hesabıyla qalib gələn Bakı İnter, Xəzər-LƏnkəran, MKT-Arazla birgə Azərbaycan kubokunun yarımfinalına çıxıb.

**

Martın 15-də - Çərşənbə axşamı Azərbaycanın 17-yaşlılardan ibarət futbol yığması Avropa Çempionatının finalına vəsiqə qazanmaq üçün ikinci qrup mərhələsində mübarizəyə başlayıb. Azərbaycan 6-cı qrupda Şotlandiya, Fransa və Türkiyə ilə mübarizə aparır. May ayında İtaliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üçün ümumilikdə 28 komanda 7 qrupda yarışır və yalnız qrup liderləri Dünya Çümpionatına vəsiqə qazana biləcək.



Bu gün – martın 15-də Azərbaycan millisi Şotlandiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Türkiyədə keçirilən oyunda Şakir Qəribovun çalışdırdığı 17 yaşlılar Şotlandiyaya 0-3 hesabıyla məğlub olub. Martın 17-də Azərbaycanın 17 yaşlılardan qurulan yığması Fransayla, iki gün sonra isə Türkiyə ilə oynayacaq.



Lüksemburqda ştən il keçirilən birinci qrup mərhələsində Azərbaycan yığması yalnız Avstriyaya yenilərək Lüksemburq və Moldovanı qabaqlaya bilmişdi, və ikinci sıradan növbəti mərhələyə adlamışdı.
XS
SM
MD
LG