Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:59

«Avropa Şurasının səbri tükəndi»


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir «Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev «Qara kəmər» əməliyyatına görə bir qrup MTN əməkdaşını mükafatlandırıb. O, «biz hər bir cinayətkar dəstəyə qarşı amansız mübarizə aparacağıq» deyib.



«Avropa Şurasının səbri tükəndi». «Azadlıq» qəzeti yazır ki, təşkilatın məruzəçisi Malkolm Bryus “Avropa Şurası vaxtın uzadılması barədə iqtidarın təklifini qəbul etməyəcək” deyib. Qəzet bildirir ki, İlham Əliyevin fəaliyyəti Azərbaycan üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.



«Üç nöqtə» qəzeti iqtisadi inkişaf naziri Fərhad Əliyevə istinadən yazır ki, elektrik enerjisinin qiyməti qaldırılmayacaq.



«525-ci qəzet» yazır ki, prezident İlham Əliyev Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərlərini fəaliyyətsizlikdə günahlandırıb və deyib ki, onlar dövlətin qarşılaşa biləcəyi problemlərə laqeyd yanaşıblar.



«Prezident Aparatından müxalifətə gizli təklif» başlıqlı məqalədə «Bakı Xəbər» yazır ki, hakimiyyət müxalifətə parlamentdə 25 yer vəd edir.



«Azərbaycan» qəzeti «Xilaskar» başlıqlı məqalə dərc edib. Məqalədə 1995-ci ilin mart hadisələrindən, bu ərəfədə Heydər Əliyevin fəaliyyətindən bəhs olunur.



«Exo» qəzeti yazır ki, Gürcüstanda Bakı—Tbilisi—Ceyhan boru xəttinin partladılmasına cəhdin qarşısı alınıb.



«Ayna» qəzetinə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş deyib ki, Azərbaycanın gələcəyi parlament seçkilərindən asılıdır.



«Hakimiyyətdə olan bəzi qüvvələr demokratikləşməyə meyl göstərmir. Onlar dünyadakı proseslərin gedişatını dərk etməkdə çətinlik çəkirlər». «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu belə deyib.



«Hakimiyyət səfir göndərdiyi Namiq Abbasovu da qaralayıb». «Yeni Müsavat» yazır ki, İlham Əliyev Hacı Məmmədovun dəstəsini vaxtında aşkarlamadığına görə keçmiş MTN şefini günahlandırdı.
XS
SM
MD
LG