Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:58

Qanunun geriyə qüvvəsi yoxdursa…


Erkin Qədirli
Erkin Qədirli
«Qanunun geriyə qüvvəsi olmadığı üçün İlham Əliyev bu müddəti başa vurduqdan sonra yenidən prezidentliyə namizəd ola bilməz».

Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Konstitusiya hüququ üzrə mütəxəssis Erkin Qədirli deyib. Onun sözlərinə görə, 1995-ci ildə iki dəfədən artıq seçilməmək haqda məhdudiyyət Konstitusiyaya əlavə ediləndə məhz elə «qanunun geriyə qüvvəsi yoxdur» prinsipinə uyğun olaraq, həmin müddəanın dəyişiklikdən əvvəl seçilmiş prezidentə aid olmadığı qeyd olunmuşdu:

Əliməmməd Nuriyev
«İlham Əliyev 18 mart referendumundan əvvəl seçilib, onun iki dəfədən artıq prezidentliyə namizəd ola bilməyəcəyini nəzərdə tutan Konstitusiyaya əməl edəcəyinə and içib».

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, «Hüquq və Demokratiya» təşviqat qrupunun nümayəndəsi Əliməmməd Nuriyev isə E.Qədirlinin şərhinin yaşamağ hüququ olduğunu desə də, başqa nöqteyi- nəzəri olduğunu bildirib. Onun sözlərinə görə, «geriyə qüvvəsi olmayan qanun vətəndaşın vəziyyətini yüngülləşdirdiyi halda geriyə şamil oluna bilər».

Buna da bax:

XS
SM
MD
LG