Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Hüquq müdafiəçilərinin qənaətincə, prezident İlham Əliyevin martın 20-də verdiyi sonuncu əfv fərmanından sonra da siyasi məhbus məsələsi tam qapanmayıb. Düzdü, Azəbaycan Avropa Şurasına daxil olarkən bu quruma təqdim olunan 716 nəfərlik siyahı demək olar ki, bağlanıb. Hətta hökumətin güzəştə getmək istəmədiyi keçmiş müdafiə naziri Rəhim Qazıyev də artıq əfv olunub.
Amma problem ondadır ki, bir yandan siyasi məhbuslar azad olunduqca, bir yandan onların siyahısı da artır. Hüquq müdafiəçisi Leyla Yunus bildiri r ki, onun təmsil etdiyi İnsan Hüquqları Federasiyası yeni siyahı hazırlayıb.
«Ayna-Zerkalo» qəzetərinin şərhçisi Azər Rəşidoğlu isə bildirir ki, siyasi məhbus istehsal edən maşının, yəni hökumətin özünün islahata, dəyişikliyə ehtiyacı var. «Siyasi məhbus ordusu yaradan səbəblər aradan qalxmalıdır».
Sonuncu fərmandan sonra yaranan suallardan biri də bunun iqtidar-müxalifət münasibətlərinə, eləcə də müxaliftədaxili proseslərə təsiri ilə bağlıdır. Söhbətləşdiyim siyasətçilər də, ekspertlər də bu qənaətdədirlər ki, sonuncu əfv fərmanı da, yəni seçki məhbuslarının azadlığa buraxılması faktı da iqtidar-müxalifət münaisbətlərinə müsbət təsir göstərməyəcək. İndiki məqamda münasiblətləri daha da gərginləşdirmək istəmdiyini deyən Müsavat partiyasının başqanı İsa Qəmbər hesab edir ki, hakimiyyət səhv edib. İndi də onu düzəltməyə çalışır. O hesab edir ki, yalnız siyahıda unudulanlar da azadlığa buraxılandan sonra hakimiyyətin səhvini tam düzəltdiyini düşünmək olar.
Demokrat partiyasının sabiq baş katibi Sərdar Cəlaloğlu isə bildirir ki, bu fərman iqtidarın öz səhvlərini düzəltmək istəyi ilə bağlı deyil. Bu addım beynəlxalq qurumların təzyiqi altında atılıb.
Amma bu fərmanın iqtidar-ümxalifət münasibətlərinə təsir göstərməyəcəyinə hamı əmin olsa da, bunun müxalifət daxili proseslərə təsirinə inanlar az deyil. Məsələn, şərhçi Azər Rəşidoğluna görə, müxalifətçilərin seçki ərəfəsində azadlığa buraxılmasında bir məqsəd də var – müxalifət düşərgəsində gərginlik yaratmaq. Və belə narazılardan biri Müsavat partiyasının başqanının müavini, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğludur.
Yenicə həbsdən çıxmış Rauf Arifoğlu indilik açıqlama vermək istəməsə də, digər müavin Arif Hacılı hesab edir ki, əksinə onların əfvi müxalif düşərgəni, eləcə də təmsil etdiyi partiyanı seçk ərəfəsində bir araya gətirəcək. Amma o istisna etmir ki, partiyanın yaxınlarda keçiriləcək növbəti qurultayında partiyada müəyyən dəiyşikliklər baş verə bilər.
Müsavat partiyasınnı başqanı İsa Qəmbər isə partiyada fikir müxtəlifliyinin yarancağınıı istisna etmir. Amma hesab edir ki, müzakirələr yolu ilə bu problem həll oluna bilər. O ki qaldı qurultaydakı dəiyşikliklərə, o ciddi dəyişiklik gözləmir. Sadəcə, partiyanın ötən dörd ildəki fəaliyyətini və gələcək dörd ilə planlarının müzakirə olunacağını deyir.
Şərhçi Azər Rəşidoğlu isə əlavə edir: «Müxalifət hər halda başa düşür ki, bu gün 2003-cü il deyil. Qarşıdan parlament seçkiləri gəlir. Bu dəfə də müxalifət dönüş yarada bilməsə birdəfəlik siyasi səhnədən silinəcək. Və bu da həmin fikir ayrılığının ikinci plana keçməsinə səbəb ola bilər».