Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:40

«Ət yemək sağlamlığa ziyandır»


Amerikanın Ət İnstitutu hesab edir ki, «ət məhsulları sağlam və balanslı qidanın tərkib hissəsidir»
Amerikanın Ət İnstitutu hesab edir ki, «ət məhsulları sağlam və balanslı qidanın tərkib hissəsidir»
Ət yeməklə bağlı indiyədək aparılan ən geniş araşdırmaya görə, xəstələnmək istəyirsənsə, ət ye.

Heyvan əti yeyənlərdə müxtəlif xəstəliklərdən, o cümlədən ürək xəstəliyindən və xərçəngdən ölüm ehtimalı daha yüksək olur.

Bu nəticəyə Amerikanın Milli Xərçəng İnstitutu öz yeni araşdırmasında gəlib.

Araşdırma yarım milyon insanı əhatə edib.

Araşdırmaya görə kişilər arasında ölümlərin 11, qadınlar arasında 16 faizinin qarşısını almaq, onların ömrünü uzatmaq olardı. Əgər bu insanlar ət yeməyi azaltsaydı.

Amerikanın Ət İnstitutunun icraçı prezidenti Cames Hodges isə bu araşdırmanın nəticələrini qətiyyətlə rədd edib. O deyib ki, «ət məhsulları sağlam və balanslı qidanın tərkib hissəsidir».
XS
SM
MD
LG