Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:06

Zahid Oruc: Dağlıq Qarabağ məsələsinində təşəbbüsü bütünlüklə ələ almaq üçün problemi bütün siyasi qüvvələrin iştirakı ilə müzakirə etmək və onu parlamentin müzakirəsinə çıxarmaq lazımdır


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü Zahid Orucun fikrincə, Ermənistan hər dəfə Dağlıq Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarmaqla müxtəlif strateji və taktiki planları həyata keçirməyə çalışır. 1988-ci ildən bu yana belə müzakirələr Ermənistanın növbəti təxribat planının işə düşməsi üçün gərəkli olub. Millət vəkili deyir ki, son müzakirələr də əvvəlkilər kimi daxili rəydə Qarabağ faktorunu gücləndirmək və hər kəsin bundan öz marağı üçün yararlanması məqsədinə xidmət edirdi. Ancaq bu müzakirənin keçirildiyi dövr özünəməxsusdur və buna diqqət yetirmək lazımdır. O deyir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycanın Qarabağ problemi ilə bağlı təşəbbüslərinə cavab vermək iqtidarında olmadığı üçün bu müzəkirəni keçirir.

Zahid Orucun fikrincə, bütün hallarda Ermənistan parlamentində Dağlıq Qarabağın müzakirəsi qeyri - qanunidir.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, bu müzakirələrdən belə nəticəyə gəlmək olaur ki, Ermənistan hələ də öz istəklərindən əl çəkməyib. Cənab Əlizadə Ermənistanın Dağlıq Qarabağı Şərqi Timor, Kosova və s . yerlərlə eyniləşdirmək cəhdini savadsızlıq adlandırır.

Zərdüşt Əlizadə hesab edir ki, qarşı tərəf siyasi maraqlar naminə beynəlxalq hüquq normalarını görməməzliyə vurur. Azərbaycan cəmiyyəti və hakimiyyəti Qərblə sıx inteqrasiyadadır və Amerikanın yaxın müttəfiqidir. Zərdüşt Əlizadə düşünür ki, məhz bu Ermənistanın öz xülyasını unutması üçün kifayətdir. Politoloq deyir ki, Dağlıq Qarabağın anklav – Ermənistana çıxışı olmadan Azərbaycanın sərhədləri daxilində ola bilməməsi ilə bağlı Ermənistan parlamentində səslənən fikirlər qarşı tərəfin özünə təlqin elədiyi türk qorxusunun əlamətidir: «Ancaq Azərbaycan və Erməni xalqlarının əbədi düşmən olması mümkün deyil. Qarabağ problemi aradan götürülərsə, bu xalqlar yenidən normal münasibətlər quracaqlar və keçmiş inamsızlıqlar unudulacaq».

Politoloq Vəfa Quluzadə isə deyir ki, «Ermənistan parlamentindəki son müzakirədə yeni heç bir şey deyilməyib. Bütün iddialar köhnədir. Dağlıq Qarabağ anklav ola bilməz – ifadəsi o deməkdir ki, bu ərazi Laçın rayonu ilə birlikdə Ermənristana birləşdirilməlidir. Ermənistan Laçını dəhliz adlandırır. Ancaq bu dəhliz yox rayondur. Ermənistan onu işğal edib və indii də bu yolla Qarabağı özünə birləşdirmək istəyir. Həqiqətdə isə Dağlıq Qarabağın Ermənistanla heç bir sərhəddi yoxdur».

Vəfa Quluzadənin fikrincə, problemin həlli istiqamətində heç bir irəliləyiş yoxdur və gözlənilmir.

Ermənistan rəsmilərinin son vaxtlar atəşkəsin Azərbaycanın cəbhə xəttindəki mövqelərini irəli çəkməsi ucbatından pozulmasını baş verdiyini iddia eləmələrinə gəldikdə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov deyir ki, bu Ermənistanın öz işğalçı siyasətini davam etdirmək üçün növbəti yalandır.

Millət vəkili Zahid Oruca görə, Dağlıq Qarabağ məsələsinində təşəbbüsü bütünlüklə ələ almaq üçün problemi bütün siyasi qüvvələrin iştirakı ilə müzakirə etmək, onu cəmiyyətə açıq elan eləmək, parlamentin müzakirəsinə çıxarmaq lazımdır. Milli Məclis rəhbərliyinin bu məsələnin müzakirəyə çıxarmaqdan imtina etməsinə gəldikdə, Zahid Oruc deyir ki, «parlament rəhbərliyi bundan ötrü problemin həlli istiqamətində əlverişli şəraitin yaranmasını zəruri sayır. Ancaq biz bəzən belə şəraiti özümüz yaratmağa çalışmalıyıq. Ehtiyyatlılıq yaradan digər məsələ isə bundan hakimiyyətə hücum üçün istifadə edilməsidir. Yəni problemin parlamentdə müzakirəsini istəyənlər bunu həkimiyyəti ələ keçirmək niyyəti ilə edirlər».

Zərdüşt Əlizadənin fikrincə, isə «Milli Məclisdə Dağlıq Qarabağ probleminin müzakirəsini istəyən millət vəkillərin
XS
SM
MD
LG