Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:08
Rubrikalar

Aprel ayında Qazaxıstan BTC üçün tariflər haqda danışıqlar aparacaq. Barmeklə müqavilələr 3 ay ərzində bağlanacaq.


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Aprel ayında Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin tariflərini müzakirə edəcəklər. Kazakhstan Today agentliyinin məlumatına görə, bunu Qazaxstan prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın təklif etdiyi tariflət çox yüksəkdir. Qazaxıstanın baş naziri Danial Axmetov isə Bakı-Tbilisi-Ceyhan kəmərinin gələcəkdə Aktau-Bakı-Tbilisi-Ceyhan adlanmasını istəyir. Onun fikrincə, danışıqlar zamanı müsbət nəticə əldə olunarsa, Qazaxıstan, Azərbaycan və Gürcüstan gələcəkdə tranzit ölkələr kimi böyük gəlirlər əldə edə bilərlər.



Aprelin 4-ü və 5-də isə Tbilisidə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisi müzakirə olunacaq. Türkiyə, Azərbaycan və Gürcüstan ekspertlərinin iştirak edəcəyi danışıqlarda 1.5 milyard dollara qiymətləndirilən yolun nə vaxt tikiləcəyi müzakirə olunacaq.



Barmek-Azərbaycan şirkəti İqtisadi İnkişaf Nazirliyindən razılıq aldığına görə, gələn ayın əvvəlindən abunəçilərlə müqavilə bağlayacaq. Amma Barmek əvvəlcə büdcə, kommersiya və ticarət qurumları ilə, daha sonra isə 3 ay ərzində əhali ilə müqavilə bağlayacaq. Azərtac agentliyinin məlumatına görə, aprelin əvvəllərində rəsmi qəzetlərdə tanışlıq məqsədilə müqavilənin forması və şərtləri çap olunacaq.



Milli bank Azərbaycanda dövriyyədə olan pul kütləsinin son bir ildə 30 faizdən çox artdığını bildirib. Verilən məlumata görə, nəğd pul kütləsi 8 faiz, qeyri-nəğd – yəni bank hesablarındakı pul 76 faiz artıb. Ekspertlərin fikrincə, pul kütləsinin artımı qiymət artımına-inflyasiyaya səbəb olan şərtlərdən biridir.



Martın 31-də Milli Bankdan aldığımız digər məlumata görə, xarici valyutaların kurslarında da eniş müşahidə olunub. İndi 1 dollar 4852, 1 rubl 174, 1 avro isə 6272 manatdır.
XS
SM
MD
LG