Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08
Rubrikalar

Azərbaycan şahmati 16-ci sirada


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." Azərbaycanın xanım otüstü xokkeyçiləri Rusiya yığmasını məğlub elədi. Həftəsonu – şənbə və bazar günü Rusiyanın qadın otüstü yığmasıyla iki yoldaşlıq oyunu keçirən Azərbaycan yığması 3-0 və 4-0 hesabıyla qələbə qazanıb. Bakıda Azərbaycan yığmasıyla birgə hazırlıq keçən Rusiya xokkeyçiləriylə daha 2 yoldaşlıq oyunu nəzərdə tutulub. Ötən ay Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığması Bakıda Ukrayna millisiylə 3 oyundan da qalib ayrılmağı bacarmışdı.



Hollandiyanın Vlandingen şəhərində parolimpiyaçı cüdoçuların Avropa birinciliyində Azərbaycan idmançıları uğurlu çıxış edib. Azərbaycanı Afina Paralimpiya oyunlarının qalibi İlham Zəkiyev və Neftçi idman sağlamlıq mərkəzinin digər təmsilçisi Kərim Sərdarov təmsil edirdi. 100 kq-da yarışan İlham Zəkiyev bütün rəqiblərini yenərək Avropa Çempionu olub, ilk dəfə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən Kərim Sərdarov isə 81 kq çəki dərəcəsində bürünc medal qazanıb.



Həftəsonu futbol üzrə 13-cü ölkə çempionatında 25-ci turun oyunları keçirilib. Şənbə günü baş tutan oyunda Gəncə səfərdə Göyəzəni, Karat isə evdə Şahdağ Samuru 2-0 hesabıyla məğlub edib. Bazar günü isə Mərkəzi Ordu İdman Klubu öz meydanında Neftçiyə 0-1, Bakılı isə Xəzər Lənkərana 1-3 hesabıyl yenilib. Bakı Şəmkiri, Turan isə Gənclərbirliyini 2-0 hesabıyla məğlub edib. İnter Ədliyyəni 2-1 məğlub eləyib, Qarabağ səfərdə MKT-Arazla 1-1 heç-heçə oynayıb, Karvan isə Şəfayla oyuna görə texniki qqələbə alıb. 25 turdan sonra Qarabağ 58 xalla birinci, Neftçi isə 2 xal az yığmaqla ikinci sırada qərarlaşıb. Liderlərdən 2 oyun az keçirən Xəzər Lənkəran 52 xalla 3-cü sıradadır. Amma qələbəyə görə 3 xal verildiyini nəzərə alanda təxirə salınmış iki youndan da qalib ayrılacağı halda lənkəranlılar ilk sıranı tuta bilər.



Beynəlxaql Şahmat Federasiyası – FİDE yanvardan bu yana növbəti reytinq cədvəlini açıqlayıb. Ilk yüzlüyə Azərbaycandan yalnız 2 şahmatçı düşə bilib. Yanvara nisbətən 10 pillə irəliləyən Teymur Rəcəbov ən yaxşı şahmatçıların sıralamasında 29 sırada yer alıb. 9 pillə geriləyən Şəhriyar Məmmədyarov isə 50-ci sıraya enib. Sıralamaya Rusioyanı təmsil edən və peşəkar şahmatdan getdiyini bildirən Harri Kasparov başçılıq edir. Şlkələrin sıralamasında isə Azərbaycan yalnız 16-cı yerdə qərarlaşıb. İlk 3 yeri Rusiya, Ukrayna və Ermənistan tutub. ən yaxşı 50 qadın və ən yaxşı 20 gənc qız şahmatçıların sıralamasında da Azərbaycan heç bir çşahmatçıyla təmsil edilə bilməyib. Əvəzində, ən yaxşı 20 gənc şahmatçının sıralamasında 4 Azərbaycan şahmatçısı yer alıb. 18 yaşlı Teymur Rəcəbov ikinci, 20 yaşlı Şəhriyar Məmmədyarov 5-ci, 19 yaşlı Vuqar Haşımov 18-ci, eyni yaşda olan Qədir Hüseynov isə 20-ci yerdə qərarlaşıb.



İspaniyada keçirilən 16-cı Dos-Hermanas turnirində Azərbaycanı təmsil edən Teymur Rəcəbov 3-cü oyununda da heç-heçəylə yadda qalıb. Rəcəbov ilk oyunda Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Zurab Azmayparaşvili, ikinci oyunda isə Rusiyalı Aleksey Dreyevle heç-heçə oynayıb. Bazar günü Argentinalı Ruben Felqaer ilə də heç-heçə eləyən Rəcəbov 3 turdan sonra 1.5 xalla 4-cü sırada qərar tutub və turnirin lideri Ukraynalı Sergey Karyakindən 1 xal geri qalır. Dubayda keçiriləcək beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rəsul İbrahimov, Rauf Məmmədov, Elmir Hüseynov, Eltac Səfərli, Faiq Ələsgərov, Zeynəb və Türkan Məmmədyarovalar, Cahangir Ağarəhimov, Afaq Xudaverdiyeva və Erkin Qubranzadə bu gün mübarizəyə başlayacaq. 165 şahmat
XS
SM
MD
LG