Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:16
Rubrikalar

Aprelin 7-də gecə futbol üzrə UEFA kubokunun ¼ final mərhələsində ilk oyunlar olub


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” İngiltərənin “Nyukasl” komandası öz meydanında Portuqaliya “Sportinq”ini Şirerin yeganə qoluyla yenib. Moskvanın Mərkəzi Ordu İdman Klubu isə Fransız “Oser”ni 4-0 hesabıyla darmadağın eləyib. Vyananın “Austriya” komandası evdə İtaliyanın “Parma” klubunun müqavimətini qıra bilməyib, 1-1. İspaniyanın “Villareal” komandası isə evdə Hollandiyanın “Alkmaar”ına gözlənilmədən 1-2 hesabıyla yenilib.





İspaniyada, Dos Hermanas beynəlxalq şahmat turnirində çıxış edən Teymur Rəcəbov 7-cı turda da heç-heçə edib. Lenyer Dominqezlə 1 xalı yarı bölən Rəcəbov, buna rəğmən yarışın bitməsinə 2 tur qalmış 4 xal yarımla liderliyni davam etdirir.



Dubayda keçirilən beynəlxalq şahmat turnirində isə Şəhriyar Məmmədyarov, Rəsul İbrahimov, Eltac Səfərili və Türkan Məmmədyarova 4-cü turda qalib gəliblər. Rauf Məmmədov, Zeynəb Məmmədyarova, Afaq Xudaverdiyeva və Erkin Qurbanzadə bu turda rəqiblərininin müqavimətini qıra bilməyib, Cahangir Ağarəhimov, Faiq Ələsgərov, Qədir Hüseynov və Elmir Hüseynov isə uduzublar. 9 oyun davam edəcək marafonda 4 turdan sonra Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rəsul İbrahimov 3 xalla liderlərdən 1 xal geri qalır.



Şənbə günü Bakıda “B” kateqoriyalı beynəlxaqlq cüdo turniri başlanır. Turnirdə İran, Türkiyə, Rusiya, Yunanınstan, Gürcüstan, Belorus, Macarıstan, Qazaxıstan və Rumıniyadan cüdoçular qatılacaq. Azərbaycanın isə bütün aparıcı idmançıları bu turnirdə iştirak edəcək. Turnirin təşkilatçılığı ilə bağlı problemlər aşkar edilməzsə, 2007-ci ildə bu yarış Olimpiadaya lisenziya qazanmaq imkanı verən “A” kateqoriyası ala bilər.







Aprelin 11-də Azərbaycanın sərbəst güləşçiləri Avropa Çempionatına qatılacaq. Bolqarıstanda keçiriləcək qitə birinciliyində Azərbaycanı Namiq Sevdimov, İbad Məmmədov, Elman Əskərov, Elşad Allahverdiyev, Mehman İmanquliyev Müslüm Müslümov və Nikolay Telegin təmsil edəcək. Ötən il Azərbaycan yığması Avropa Çempionatında Rüstəm Ağayevin səyilə yalnız bir bürünc medal qazanmışdı.
XS
SM
MD
LG