Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:09
Rubrikalar

Cənubi Qafqaz ölkələrində hüquqi islahatlar


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı «Dağlıq Qarabağ danışıqları ilkin razılaşma ərəfəsində». «525-ci qəzet» yazır ki, bu haqda bəyanat yayan Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan rəhbərliyini əhalini kompromislərə hazırlamağa çağırıblar.



«MM ipoteka haqqında qanunu qəbul etdi» məqaləsində «Yeni Azərbaycan» qəzeti yazır ki, kreditlər dövlət proqramı qəbul olunandan sonra veriləcək.



«Əliyevin Pakistana qaçmasının səbəbi aydınlaşdı». «Azadlıq» qəzeti yazır ki, Ramsfeld Azərbaycandan uçuş zolaqları və limanların ABŞ hərbi qüvvələrinə verilməsini istəyib.



«Minsk Qrupunun həmsədrləri gözlənilməz bəyanatla çıxış etdilər». «Üç nöqtə» qəzeti yazır ki, Azərbaycanla Ermənistan balanslaşdırılmış sülh danışıqlarına getməlidir.



«Xalq Cəbhəsi» qəzeti yazır ki, ABŞ—ın Azərbaycandakı səfirinin dediyinə görə, Birləşmiş Ştatlar İran məsələsində heç bir müdaxilə planlaşdırmır.



«Müxalifət liderləri respublikaçı konqresmenlər, Helsinki Komissiyasının həmsədri və bir çox başqa məsul şəxslərlə görüşüblər» başlıqlı məqaləni «Bakı Xəbər» qəzetindən oxuya bilərsiniz.



«Exo» qəzeti yazır ki, Ukraynanın “Pora” təşkilatının liderləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək istəyir. Onların Bakıya bu yaxınlarda gözlənilən səfərləri isə yaya qədər təxirə salınıb.



«Rino Harniş İlham Əliyevin ABŞ-a dəvət olunmamasının səbəbini açıqladı» məqaləsində «Yeni Müsavat» yazır ki, səfir bunun üçün lazımi şərait yetişmədiyini söyləyib.



Prezident Aparatının şöbə müdiri Əli Həsənov «pis müxalifəti olan ölkənin pis də hakimiyyəti olar» deyib və hakimiyyətin qüsurlarının olmasına görə müxalifəti günahlandırıb. Bu barədə ətraflı «Ayna» qəzeti yazır.
XS
SM
MD
LG