Səs: Real audio
“Bin Laden şəhərdədir” Dövlət Statistika komitəsinin məlumatına görə, bu il qiymətlərin artımı - inflyasiya hökümətin planlaşdırdığı kimi 5 faiz yox, 3 dəfədən də çox -15 faizdən artıq ola bilər. Hər halda əgər ilk üç ayda baş verənlər növbəti aylarda da davam etsə. Son 3 aya qiymətlər gözlənilmədən 8 faiz yaxın artıb. Hətta Dövlət Statistika Komiitəsinin məlumatına görə, ərzaq məhsulları son bir ildə 18 faiz, xidmətlər isə 21 faizdən çox artıb. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəis müavini Vaqif Hüseynov, qiymət artımına təsir edən amilləri sadalayanda əsas təsir edici səbəb kimi nefti göstərir. Onun sözlərinə görə, qiymət artımı yalnız adi adamlara yox, sərmayeçilərə də pis təsir edir.
İqtisadi İslahatlar Mərkəzinin rəis müavini Vaqif Hüseynovun sözlərinə görə, hökümət Neft Fondu hesabına indiki inflyasiyanın 10 faizdən o tərəfə keçməsinə imkan verməməyə çalışacaq. Çünki iki rəqəmli inflyasiya –yəni 10 faizdən yuxarı qiymət artımı artıq idarə olunmayan inflyasiya hesab olunur. İqtisadçı ekspert Azər Mehtiyev isə inflyasiyanın səbəbkarlarının neft gəlirləri, inhisarlar və tikinti sektoru olduğunu deyir. Onun sözlərinə görə, əslində qiymət artımı rəsmi açıqlanan 8 faizdən də çoxdur. Azər Mehtiyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi və neft dollarlarının Azərbaycana gəlməsindən sonra vəziyyətin bir az da gərginləşəcəyini deyir.
İqtisadçı ekspert Azər Mehtiyev hökümətin gələcəkdə manatın kütləsini azaltmağa cəhd eləyəcəyini deyir. Bunun nəticəsində isə dolların məzənnəsi daha da aşağı düşəcək. “The Economist İntelligence Unit” beynəlxalq təşkilatı da Azərbaycan üzrə hesabatlarında gələn ilə nəzərdə tutulan proqnozlarında məzənnənin 4500 manata bərabər olacağını bildirirr. Artıq indi 4827 manat olan dollar ilin əvvəlindən dayanmadan ucuzlaşır və artıq 3 il əvvəlki səviyyəsinə çatıb.