Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:19

Hakimiyyət daxilində «banan müharibəsi»


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” “Tənqiddən incimək lazım deyil. Avropa Şurası ilə Azərbaycan arasında problemlərin mövcudluğuna baxmayaraq, qurumun ölkənizə qarşı münasibəti daim yaxşı olacaq”. «525-ci qəzet» yazır ki, bunu təşkilatın Bakıda səfərdə olan məruzəçilərindən biri Andreas Qross deyib.



«Yeni Azərbaycan» qəzeti yazır ki, Vatikan yeni Roma Papasını müəyyən edib. Yeni Papa milliyyətcə almandır və lazım olan səslərin üçdə ikisindən çoxunu toplaya bilib.



«Hakimiyyət daxilində «banan müharibəsi»» məqaləsində «Azadlıq» qəzeti yazır ki, bananın satışını inhisarda saxlayan «MER» şirkətinin prezidenti Fərhad və İlham Əliyevlərə meydan oxuyur.



«Ermənistan nümayəndə heyəti Bakıya gəlməyəcək». «Üç nöqtə» yazır ki, TRASEKA—nın Azərbaycan üzrə milli katibi Arif Mustafayevin fikrincə, bu məqsədli xarakter daşıyır.



«Parlamentdə növbəti qalmaqal» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, insident bu dəfə Murtuz Ələsgərovla Əhəd Abiyev arasında baş verdi.



«Yerevanın təcriddən qurtulma cəhdləri nəticə vermir». «Azərbaycan» qəzeti yazır ki, Ermənistanın dəmir yol xətləri Rusiya-İran nəqliyyat dəhlizindən də kənarda qalır.



«Yeni Müsavat» qəzeti müğənni Brilyant Dadaşova ilə müsahibə dərc edib. Müğənni DİN-in həbsdə olan zabiti Hacı Məmmədovla əlaqələri haqda söylənilənləri təkzib edir və onu tanımadığını deyir.



«İqtisadi qruplaşmaların siyasi mübarizəsi». «Ayna» qəzeti yazır ki, siyasi müstəvidə iqtisadiyyatın idarə edilməsi və tənzimləmə səlahiyyətləri uğrunda mübarizənin əks sədası eşidilməkdədir.
XS
SM
MD
LG