Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığma komandası ötən ay 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsində Polşa və İngiltərə yıtma komandalarına məğlub olsa da reytinq cədvəlində əvvəlki kimi 116-cı yerdədir. FİFA növbəti reytinq cədvəlini mayın 18-də elan edəcək.
Aprelin 23-24-də Türkiyənin paytaxtı Ankarada yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan turnirdə 30 idmançı ilə təmsil olunacaq. Həmin günlər gənclərdən ibarət yığma komanda isə Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə iştirak edəcək.
Sankt-Peterburq turnirində Azərbaycan 10 cüdoçu ilə çıxış edəcək.
Aprelin 23-24-də Minskdə bədii gimnastika üzrə beynəlxalq qran-pri yarışı keçiriləcək. Azərbaycan yarışda Dinarə Gimatova və Anna Qurbanova ilə təmsil olunacaq. Bədii gimnastika üzrə böyüklərdən ibarət qrup komandası isə həmin günlər Nijni-Novqorodda Dünya Kubokunun mərhələ turnrində iştirak edəcək.