Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:48

Vasitəçisiz dialoq uğurlu ola bilərmi?


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Hələ YAP-ın qərargahındakı dəyirmi masa baş tutmamışdan, Prezidenbti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bunun dialoq olduğunu demişdi.



Ramiz Mehdiyevin dialoq dediyi tədbir baş tutdu, amma bu görüşdən dərhal sonra verdiyi açıqlamada YAP-ın icraçı katibi Əli Əhmədov dialoq sözündən istifadə eləmədi. Dəyirmi Masa anlayışını işlətdi.



Amma Əli Əhmədovun bu sözləri istisna olmaqla, Yeni Azərbaycan Partiyasının başqa üzvləri mediaya açıqlamalarında, hər yerdə dialoq terminindən istifadə eləyirlər. Amma onların tərəf müqabiləri olan müxalifət liderləri keçirdikləri görüşün dialoq olmadığını deyirlər. Eyni zamanda, bu dəyirmi masaların sonradan başlana biləcək bi dialoqun bünövrəsini qoya biləcəyini də istisna etmirlər. Xalq Cəbhəsi Partiyasının isıahatçılar qanadının sədri Əli Kərimli də belə düşünür.



Müsavat partiyasının mövqeyi təxminən oxşar olsa da, müəyyən fərqlər sezilir. Müsavat başqanı İsa Qəmbər YAP-da baş tutan görüşün iqtidar-müxalifət dialoqu olmadığını deyir. Amma bu danışıqların partiyalararası dialoqun müəyyən mərhələsi olduğu qənaətindədir.



Politoloq Zərdüşt Əlizadə də başlanmış danışıqların dialoq olmadığını düşünür. Onun fikrincə, bu dəyirmi masalar tərəflərin öz mövqelərini səsləndirməsindən və qarşı tərəfiin qabağına şərtlər qoymasından uzağa getməyəcək. Zərdüşt Əlizadənin sözlərinə görə, müxalifətin irəli sürəcəyi şərtlərdən biri seçki məcəlləsi və komissiyaları ilə bağlı ola bilər. Amma iqtidar təmsilçiləri artıq əvvəlcədən bu məsələlərdə heç bir güzəştlərin olmayacağını bildiriblər və bu üzdən danışıqlar əvvəlcədən mənasızlaşıb.



Müsavat başqanı İsa Qəmbər və Xalq Cəbhəsi islahatçılar qanadının sədri Əli Kərimli də, bu ehtimalı istisna eləmədiklərini bildirirlər. Və dəyirmi masaların nəylə sonuclanmasından və gedişindən asılı olmayaraq açıqladıqları məqsədlər üçün alternativ yollarla da mübarizə aparacaqalarını deyirlər.



İqtidar partiyasınınn nümayəndələri mediaya verdiyi açıqlamalarda heç bir beynəlxalq təzyiqsiz dialoq qərarı verdiklərini idiia eləyirlər və əlavə eləyirlər ki, öz ölkələrinin müxalifətiylə danışıqlarda vasitəçisiz də keçinmək mümkündür. Müsavat başqanı İsa Qəmbər də danışıqlar prosesində vasitəçilərsiz də iştirak etməyin mümkün olduğunu düşünür.



AXCP islahatçılar qanadının sədri Əli Kərimli vasitəçilərin olmasınını danışıqlara yalnız müsbət təsir edəcəyini deyir. Onun sözlərinə görə, onsuz da ATƏT-in vasitəmiliyi ilə mayın 17-18-də belə bir dialoq, dəyirmi masa keçirilməliydi. Sadəcə iqtidar partiyası ATƏT-dən qabağa düşməklə vasitəçilərsiz də bu danışıqları keçirə biləcəyini göstərmək istəyib. Cənab Kərimli, bunun mümkün olduğunu deyir. Amma əlavə eləyir ki, istənilən halda - vasitəçili, ya vasitəçisiz, bu danışıqların bir nəticəsi olmalıdır. Çünki, onlara dialoq xatirinə danışıqlara başlamaq lazım deyil.



Politoloq Zərdüşt Əlizadə isə indiki halda müxalifət və iqtidar arasında istənilən səviyyəli danışıqlarda beynəlxalq qurumların vasitəçi olub-olmamasınını elə də əhəmiyyət daşımadığını deyir. Onun sözlərinə görə, iqtidar və müxalifət tərəfdə razılığa gəlmək istəyi yoxdursa, və ya hazır deyillərsə vasitəçilər qarşısındakı öhdəliyi də qulaqardına vura bilərlər.
XS
SM
MD
LG