Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:50

“Putin MDB-ni saxlamağa çağırır”


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” --“İndependent”



60 il ötməsinə baxmayaraq, Hitler və faşizm üzərində qələbə Rusiya üçün böyük fəxr mənbəyi olaraq qalır.



Şübhəsiz, Sovet tarixində nöqsanlar kifayət qədərdir. Baltikyanı ölkələr və Polşa İkinci Dünya müharibəsinin başa çatmasının onlar üçün Sovet işğalının başlanğıcı olduğunu deməkdə haqlıdırlar.



Elə qalib Qırmızı Ordunun da davranışı tanınmış tarixçilərin fikrincə, qüsürsüz olmayıb. İntiqama susamış əsgərlər dəhşətli vəhşiliklər törədib və alman qadınlarını zorlayıblar.



Amma bütün bunlar qələbədə Sovet ordusunun böyük xidmətinin tanınmasına mane ola bilməz. Müharibə zamanı Sovet İttifaqı istənilən başqa dövlətdən daha çox adam itirib.



25-30 milyon Sovet vətəndaşı həlak olub, Qızıl Ordu isə təkbaşına alman faşist ordusunun 80 faizini məhv edib. Mühüm qələbələrin əksəriyyəti Sovet ordusunun iştirakı ilə qazanılıb.



--“Qardian”



Avropada qələbənin şərəfinə təşkil olunan şənlik tədbirlərinin ovqatı təlx olub. MDB dövlət başçıları ya Moskva sammitini boykot edib, ya da qurum haqda etinasız danışıblar.



9 May bayram tədbirləri ərəfəsində keçirilən Moskva sammiti MDB üzvü olan ölkələr arasında ciddi ixtilafları üzə çıxarıb.



Ukrayna prezidenti Viktor Yuşenko deyib ki, MDB “az xeyir gətirir” və onu qeyri-siyasi ekvivalentlə əvəzləmək lazımdır.



“Assoşeyted Press” agentliyinə müsahibədə prezident Yuşenko deyib:



“Elə MDB üzərində işləməliyik ki, onun strukturlar və institutları siyasət diktə etməsin, iqtisadiyyat, ticarət və digər məsələlərlə məşğul olsun”.



Gürcüstan prezidenti Mixail Saakaşvili sammiti və Qələbə günü ilə bağlı tədbirləri tam boykot edib.



Saakaşvili deyib ki, Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması ilə bağlı mübahisələr onun Moskvaya səfərini “qeyri-mümkün” edir.



Qırğızıstan prezidentinin səlahiyyətləri icra edən Kurmanbek Bakiyev də demokratiyaya dəstəyini bildirib. O, deyib:



“Hesab edirəm ki, MDB-nin seçim imkanı yoxdur. Bütün dünya demokratik prinsiplər əsasında inkişaf edir. MDB də bu istiqamətdə hərəkət etməlidir”.



--“Vaşinqton Tayms”



Prezident Vladimir Putin MDB dövlət başçılarını qurumu saxlamağa çağırıb.



Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verən xalq inqilabları MDB-nin davamlılığına dair sualları artırıb.



Putinin özü hələ martda MDB-nin Sovet respublikalarının “sivil şəkildə ayrılması”nı təmin etmək üçün yaradıldığını deyərək bu birliyin faydalılığını şübhə altına almışdı.



Ancaq bazar günü o deyib ki, İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı xalqları arasında qardaşlıq əlaqələri bu gün də bariz hiss olunur.



Sammit daxilində gərginlik yüksək idi. Viktor Yuşenkoyla “Avropanın sonuncu diktatoru” adlandırılan Belarus lideri Aleksandr Lukaşenko soyuq baxışlarla gözlərini bir-birinə zilləmişdilər.
XS
SM
MD
LG