Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyevin fikrincə, mətbuatla hökumətin münasibətlərinin kəskinləşməsində təqsirkar dövlət orqanlarıdır. O, mayın 11-də Dövlət İdarəçilik Akademiyasında dövlət idarəetmə orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələrinin gücləndirilməsinə həsr olunmuş müşavirədə dövlət orqanlarının mətbuat xidmətlərinə media ilə daha sıx əlaqələr yaratmağı tapşırıb. “Azərbaycan jurnalistləri birinci mənbədən informasiya almaqda çətinlik çəkir. Nəticədə yoxlanılmamış, qərəzli və balanssız xəbərlər verilir. Bu isə mediayla məmurların münasibətlərini kəskinləşdirir, mətbuatda şaiyə və dezinformasiyaların yayılmasına səbəb olur. Əksər nazirliklərin mətbuat xidmətləri nəinki mediaya informasiya verir, əksinə bunun qarşısını alırlar” – deyə cənab Mehtiyev bildirib.
R.Mehtiyev Azərbaycan mediasının iqtidar-müxalifət cəbhəsinə bölünməsinə qarşı olduğunu və iqtidarın bu ayrı-seçkiliyi aradan qaldırmağı qarşısına hədəf qoyduğunu deyib. Bundan sonra mətbuat və informasiya sahəsində hokumətin yeni siyasət yürüdəcəyini bildirib.
İA-nın rəhbəri məmurlara məsləhət görüb ki, dövlətin siyasətini təbliğ eləmək və medianı informasiya ilə təchiz etmək üçün jurnalistlərlə yaxın münasibətlər qursunlar. O, mətbuat xidmətlərinə növbə ilə müəyyən qəzetlərə eksklüziv informasiya ötürməyi, jurnalistlərin ad günləri və bayramlarının təbrik olunması kimi üsullardan istifadə eləməyi də məsləhət görüb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da media və dövlət məmurlarının məhkəmələrdə çəkişməsinin əsas səbəbini jurnalistin dəqiq informasiya ala bilməməsi ilə əlaqələndirib. “MŞ-a bu günə qədər 800-ə yaxın şikayət ərizəsi daxil olub. Bunlardan 100-ə qədəri jurnalıistlərin ilk mənbədən informasiya ala bilməməsi ilə bağlıdır”.