Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17
Rubrikalar

Qaçaqmalçılıqla bağlı informasiya bankı yaradılacaq


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Gömrük sahəsində qaçaqmalçılıqla bağlı informasiya bankı yaradılacaq. Bu haqda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük idarələrinin Bakıda keçirilən 4-cü görüşündə razılıq əldə olunub. Toplantıda sərhədlərdə gömrük prosedurlarının yüngülləşdirilməsi və yük tranzitinin artırılması da müzakirə edilib. İƏT-in toplantısı mayın 18-dək davam edəcək.



İƏT 1985-ci ildə yaradılıb. Azərbaycanla yanaşı Pakistan, İran, Türkiyə, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.



Digər bir xəbərə görə, Azərbaycandan dünya bazarlarına çıxarılan neft məhsullarının həcmi təxminən 30 faiz azalıb. Dövlət Neft Şirkətindən verilən məlumata görə, ixracın yarısını şirkət, yarısını isə «Azərneftyağ» zavodu həyata keçirib. DNŞ-nin əsas ixrac etdiyi neft məhsulu – dizel yanacağı olub. Yanvar –aprel aylarında xaricə satılan dizel yanacağının orta satış qiyməti bir ton üçün 475 dollar olub.



Mayın 17-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4784, 1 rubl 170, 1 avro isə 6041 manatdır.
XS
SM
MD
LG