Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Azərbaycanda üç vaqon və yaxud da 48 ton narkotika üçün xammal tutularaq məhv edilib». Məlumatı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov mayın 19-da «İkinci ümumdünya gömrük və ticarətin təşkil olunmasında təhlükəsizlik» adlı sərgidə bildirib. Onun sözlərinə görə, bu fakt Ümumdünya Gömrük Təşkilatının praktikasında nadir hadisələrdəndir.
Azərbaycana narkotiklərin əsasən İran vasitəsilə gətirildiyini deyən cənab Heydərov, Dağlıq Qarabağda narkotik maddələrin becərildiyini deyir: «Ümumdünya Gömrük Təşkilatı bu işlə məşğul olmalıdır».
Həmin sərgidə iştirak edən Ümumdünya Gömrük Təşkilatının rəhbəri Mişel Dane isə bildirir ki, Dağlıq Qarabağın ərazisindən narkotiklərin marşrutu üçün istifadə olunması barədə məlumatı var. O, Avropaya narkotik maddələrin əsasən iki yolla - Balkan ölkələri və Əfqanıstan vasitəsilə daşındığını bildirdi. Cənab Danenin sözlərinə görə, Azərbaycan sonuncu marşruta aiddir.